Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, hərracda özəlləşdirilən əmlaklardan 2-si səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 6-ı istifadəsiz qeyri yaşayış sahəsidir. Bakı şəhəri üzrə 3 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi və 3 istifadəsiz qeyri- yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən Təsərrüfat hesablı Təmir-Tikinti sahəsi olub. Belə ki, adıçəkilən əmlak 1 milyon 355 min 500 manata özəlləşdirilib. Həmin əmlakın torpaq sahəsi 7869 kvadratmetr, ümumi faydalı sahəsi isə 958 kvadratmetr təşkil edir. Bundan başqa paytaxtın Sabunçu rayonunda yerləşən Maşın Meliorasiya Stansiyasında qiyməti ilə digərlərindən fərqlənir. Belə ki, həmin əmlakın qiymət 375 min manatdır. Ümumi faydalı sahəsi 566, torpaq sahəsi isə 22 min 239 kvadratmetr təşkil edir.

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın Sabunçu, Nizami, Səbail rayonlarında, 1-i Şəki, 1-i Biləsuvar, 1-i Neftçala, 1-i Hacıqabulda digər isə Abşeronda yerləşir.

Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 4-ü paytaxtın Nərimanov və Yasamal rayonlarında, 2-si isə Gəncə şəhərində yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 20 min 700 manat olub. Ümumi faydalı sahəsi isə 53 kvadratmetr təşkil edib. Ən ucuz qiymətə özəlləşdirilən əmlak isə 7 min manat olub. Ümumi faydalı sahəsi isə 66.4 kvadratmetr təşkil edib. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 10 kvadratmetr ilə 66 kvadratmetr, qiymətləri isə 5 min 500 manatla 20 min 700 manat arasında dəyişib.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir: http://www.emdk.gov.az/index.php

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Qeyd edilməlidir ki, portaldan istifadə edənlərin sayı 500 mindən artıqdır.

Hərracların keçirilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur. Belə ki, proses ölkədə özəlləşdirməni sürətləndirir, iri və orta portfelli sahibkarlığın inkişafına dəstək verir. Eləcə də, müxtəlif iqtisadi sahələrdə, o cümlədən pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat, xidmət və sair sahələrin canlanmasına və inkişafına təkan olur. Belə müəssisələr və obyektlərdə fəaliyyət yenidən daha müasir şərtlərlə bərpa edilir. Bu isə paytaxtla yanaşı regionlarda yeni iş yerlərinin açılmasına səbəb olur. Hazırda 500-ə yaxın dövlət əmlakı - kiçik müəssisə və obyektlər, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri hərrac prosesinə cəlb edilib.

Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə prosesində daha bir yeniliyə imza atıb. Belə ki, komitə “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” elektron xidmətini istifadəyə verib. Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə biləcəklər. Elektron hərracın yaradılmasında əsas prinsip özəlləşdirilmənin həyata keçirilməsi üçün təşkil olunan hərraclarda şəffaflığının təmin olunması, hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqidir. Həmçinin bu sahədə operativliyin təmin olunması, vətəndaş məmur münasibətlərinin minimuma endirilməsi, zaman və məkan məfhumunun aradan qaldırılması, investorların özəlləşdirilməyə cəlb olunması ilə bağlı geniş imkanların yaradılması da əsas vəzifələrdəndir.

Elektron hərraca qatılmaq prosesi rasionallığı və funksionallığı ilə seçilir. İstənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçmək üçün istifadə edə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir.

Qeydiyyatdan keçmiş sifarişçinin hərracda iştirakla bağlı seçim imkanı olur. Belə ki, onlar həm hərrac günü göstərilən vaxt prosesin keçirildiyi yerə gələ bilər, həm də hərrac keçirildiyi zaman komitənin portalında müvafiq bölməyə daxil olaraq hərracda onlayn iştirak edə bilər. “Elektron Hərrac” da ilkin mərhələdə nəqliyyat vasitələri və avadanlıqların özəlləşdirilməsi mümkündür. Digər əmlakların da “Elektron Hərrac” vasitəsilə özəlləşdirilməsi də yaxın gələcəkdə reallaşacaq. Bu istiqamətdə artıq müvafiq proqramlaşdırma işləri də həyata keçirilir. Hazırda 40-a yaxın nəqliyyat vasitəsi Elektron hərrac vasitəsilə özəlləşdirilməyə açıq elan edilib.

Əmlak Məsələləri Dövlət Komitəsi qeyri yaşayış sahələrinin müsabiqə vasitəsi ilə icarəyə verilməsi istiqamətində də fəaliyyətini davam etdirir. Məqsəd dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınması, dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmaların artırılmasıdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi – beynəlxalq elmi konfrans

Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri: Əməkdaşlığın gücləndirilməsinə növbəti töhfə ŞƏRH

Bu il mayın 1-dək Azərbaycanda qeydiyyata alınan sığortaolunanların sayı 5 milyondan çox olub

Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub

Laçın rayonunda fövqəladə hallar zamanı təxirəsalınmaz tədbirlərlə əlaqədar təlim keçirilib

Dünya birjalarında neft ucuzlaşıb

AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edir

Milli Məclisin deputatları NATO PA-nın yaz sessiyasında iştirak edəcəklər

Nazir müavini: “Yaşıl dünya naminə həmrəylik ili”ndə 5 milyon ağacın əkilməsinə nail olacağıq – MÜSAHİBƏ

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Daşkəsəndə vətəndaşlarla görüşəcək

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib

Azərbaycan neftinin ucuzlaşması davam edir

Elektrik avadanlıqlarının çatışmazlığı Avropada yaşıl enerjiyə keçidi ləngidir

Diplomat: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı səylər sülhə ümid yaradır

Çin ordusu Tayvan separatçılarına “Birgə qılınc” təlimi ilə cavab verir

Makron Yeni Kaledoniyaya səfər edib

BMT: Vəhşi təbiətə qarşı qlobal cinayətlər "saysız-hesabsız zərər" verir

Fransa Senatı xarici müdaxilənin qarşısının alınmasına dair qanunu qəbul edib

Abşeronun misilsiz abidəsi - “Üç ovdan”

Antiislamçı Rasmus Paludan Avropa İttifaqı seçkilərində iştirak edir

ADNSU-da əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir keçirilib

Rəcəb Tayyib Ərdoğan təbii fəlakətdən zərər çəkənlərə yardım toplayan azərbaycanlını mükafatlandırıb

"Atalanta" Avropa Liqasının qalibi olub YENİLƏNİB

Şəkidə məskunlaşan Ağdam sakini özünə qəsd edib

Türk dünyasının ilk müştərək film layihəsi ilə bağlı görüş keçirilib

Azərbaycan Basketbol Liqası: "Sabah" seriyada önə keçib

Avropa Liqasının finalı: "Atalanta" - "Bayer"in start heyətləri açıqlanıb

Gədəbəy sakinlərinin 74 illik ailə dəyəri... REPORTAJ – FOTO 

Azərbaycan Texniki Universitetində Alman Akademik Mübadilə Xidmətinin illik təqaüd mükafatlandırma mərasimi keçirilib

Naxçıvanın səhiyyə sistemində görülən işlərlə bağlı konfrans keçirilib

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ən yaxşı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub

Rişi Sunak Britaniyada növbədənkənar seçkilər elan edib

Azərbaycan səfiri BƏƏ xarici işlər nazirinin mükəmməllik mükafatına layiq görülüb

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının qızıl medalına yiyələnib

Naxçıvanı “Şahin” hərbi-idman oyunlarında təmsil edəcək komanda məlum olub

Prezident Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib

Paşinyan: Sərhədlərin delimitasiyası Ermənistanın təhlükəsizliyini təmin edəcək

Azərbaycan-Tacikistan münasibətləri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdirilir

İcma: Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması müstəvisində regiondan kənar dövlətlərin yersiz müdaxilələri yolverilməzdir

Regional təhsil idarəsi: Biləsuvarda 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı araşdırma aparılıb

“8 Noyabr” prospektində aparılan təmirlə əlaqədar 5 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilir

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən kursda iştirak edirlər

Tacikistan Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Baş direktor: Standartlaşdırmanın əsas məqsədi dövlətin milli maraqlarını təmin etməkdir

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

TBMM Baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib

Nərimanov rayonundakı ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb

Xəzər rayonunda tikilidən 125 min manatlıq inşaat materialları oğurlanıb

HDQ-nin “N” hərbi hissəsinin yaradılmasından 32 il ötür VİDEO

Komitə sədri: Nehrəmdəki məktəb binasında əvvəlki illərdə tikinti norma və qaydalara uyğun aparılmayıb

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə gəlib

“Ev təsərrüfatlarının uçotu Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DYP yolda hərəkətin məhdudlaşdırılacağı ilə bağlı məlumat yayıb

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti zolaqlar üzrə məhdudlaşdırılacaq

Qulluq stajına görə əmək pensiyasına əlavələrlə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Rəsulzadənin 140 illik yubileyi Marneulidə qeyd olunub

Avropa çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

AQTİ ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında təlim-təcrübə proqramına başlanılıb

Britaniyanın müdafiə naziri: Çin Ukraynada istifadə üçün Rusiyaya öldürücü silah yardımı edir

Zəngilan rayonunun Ağalı kənd sakinləri üçün oftalmoloji aksiya keçiriləcək

Jurnalist Reyçel Avraham: Erməniləri Qarabağdan heç kim silah gücü ilə çıxarmayıb

Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir

Elm və təhsil naziri Londonda “Clarivate Analytics” şirkətinin rəhbərliyi ilə görüşüb

TikTok platformasının nümayəndə heyəti ilə Milli Məclisdə görüş keçirilib

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi medal görüşünə çıxacaq

ALMA rəsədxanasının nümayəndələri BDU-da

TBMM-in Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının nümayəndə heyəti Milli Məclisdə olub

Plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsinə dair hansı tələblər var?

Amerikalı qonaqlar azad edilən ərazilərdə köç prosesini ləngidən mina təhlükəsi barədə məlumatlandırılıblar

“Şamaxı” klubu Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Füzuli, Şuşa və Laçında olub

Qusarda əmək yarmarkası: 200-dək boş iş yeri, 1250 manatadək əməkhaqqı

BANM-də “Addım at” forumu keçirilib

Ankarada TÜRKPA ölkələrinin müdafiə və təhlükəsizlik üzrə əməkdaşlığının inkişafı yolları müzakirə edilib

Qobustan rayonunda yeni kənd həkim məntəqəsinin açılışı olub

Naxçıvan şəhərində mərkəzi kanalizasiya şəbəkəsinə qoşulmayan 100-dən çox yaşayış obyekti aşkarlanıb

“Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Kimya və kimya texnologiyası” mövzusunda lll respublika elmi konfransı işə başlayıb

Yığmanın baş məşqçisi: Parisə bütün komandaları məğlub etmək üçün gedəcəyik

Ermənistanın nicat yolu yalnız sülhdədir ŞƏRH

Bakıda “Gimnastika hamı üçün” adlı beynəlxalq turnir keçiriləcək

AQTİ ilə Ümum-Rusiya Bitki Karantini Mərkəzi arasında əməkdaşlıq genişləndirilir

İsmayıl Şıxlının əsərləri Türkiyə türkcəsində

Baş nazir Əli Əsədov İran İslam Respublikasında rəsmi anım mərasimində iştirak edib VİDEO

Bakıda keçirilən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu başa çatıb

Qurban Yetirmişli: Azad olunmuş ərazilərdə geofiziki tədqiqatlar aparılmayıb

Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert olub

® “Birbank”dan daha bir yenilik: “Ninja” təklifi artıq mobil tətbiqdə

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli 107 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Milli Məclis Lüksemburq Deputatlar Palatasının sədrinin qərəzli fikirlərini kəskin şəkildə qınayıb

#TikTokdanÖyrən layihəsinin qalibləri bəlli olub

BMU-da tələbə və məzunlar üçün karyera festivalı keçirilib

Elm və təhsil nazirinin müavini Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Qarabağda ilk seysmik stansiya bu ilin sentyabrında fəaliyyətə başlayacaq

Türkiyənin ticarət donanmasının statistikası açıqlanıb

BMTM azərbaycanlı qaçqınların Ermənistana qayıdışı ilə bağlı məruzə hazırlayıb