SİYASƏT
Erməni silahlı birləşmələri cəbhə xəttində atəşkəs rejimini pozmaqda davam edirlər
Bakı, 16 avqust (AZƏRTAC). Ermənistan ordusunun bölmələri avqustun 15-də və 16-da gecə Ermənistanın Berd rayonunun Mosesqex, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Tovuz rayonunun Ağdam kəndində və Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ermənilər Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Horadiz, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında, Goranboy və Daşkəsən rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.