Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda I beynəlxalq “dəyirmi masa” keçirilib

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) bu qurumun, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq “dəyirmi masa” keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan xalqının, eləcə də bir çox xalqların məruz qaldığı dəhşətli erməni terrorunun acı nəticələrini dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq və beynəlxalq səviyyədə terrora qarşı mübarizənin vacibliyini önə çəkmək məqsədilə müxtəlif ölkələrdə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində silsilə konfranslar və “dəyirmi masa”lar keçirmək təşəbbüsü ilə çıxış edir. “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq “dəyirmi masa” adıçəkilən geniş layihə çərçivəsində baş tutan ilk tədbirdir.

“Erməni terroru: mahiyyəti və tarixi”, “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı”, “Erməni terroru və Azərbaycan kürdləri”, “Erməni terrorunun hüquqi və mənəvi ölçüləri”, “Erməni terroru yeni nəşrlərdə (Kitabların təqdimatı)” mövzusunda panellərdə öz işini davam etdirən birinci beynəlxalq “dəyirmi masa”da yerli mütəxəssislərlə yanaşı, xarici elm adamları, erməni terrorunun araşdırmaçıları - ABŞ-ın Tennesi Texnologiyalar Universitetinin sosiologiya və siyasi elmlər fakültəsinin professoru Maykl Günter, Rusiyadan tarix elmləri üzrə fəlsəfə doktoru, siyasi analitik Oleq Kuznetsov, fransalı mütəxəssis Cefri Jan Yves Ernest, Özbəkistandan tarixçi Şöhrət Salamov və hüquqşünas Məmmədrza Allahverdiyev iştirak ediblər.

“Biz dünyanı inandırmağa çalışırıq və inandırırıq ki, erməni terroru bəşəriyyətə qarşı yönələn sistemli bir fəaliyyətdir”, - deyən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik və Məşvərət şuralarının sədri, akademik Kamal Abdullayev “dəyirmi masa”nı açaraq əvvəlcə BBMM-in fəaliyyətindən danışıb. O deyib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti bütövlükdə Azərbaycanın mədəniyyətini, multikultural və tolerant siyasətini, Azərbaycan cəmiyyətinin müxtəlif istiqamətlərdə inkişaf meyillərini, tarixən xalqımıza xas olan multikultural dəyərləri və eyni zamanda, dünya mənəvi, mədəni və multikultural xəzinəsindən də müəyyən dəyərləri əxz edərək Azərbaycan multikultural məkanı ilə müqayisə etmək, özümüz üçün müəyyən nəticələr çıxarmaq və gələcək inkişaf yollarımızı daha aydın, daha qətiyyətlə görmək imkanlarını araşdırmaq, təhlil etmək, ideologiyamızın, siyasətimizin mühüm bir komponentinə çevirməkdən ibarətdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan multikulturalizminin ölkə və xarici universitetlərdə tədrisi layihəsi çərçivəsində bu gün adıçəkilən fənn ölkəmizin 28, dünyanın 13 nüfuzlu universitetində tədris edilir. Mərkəzin hazırda Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan, İtaliya, İsrail və Moldovada rəsmi filialları fəaliyyət göstərir. Mütəmadi olaraq Beynəlxalq Multikulturalizm yay və qış məktəbləri təşkil edilir. Bu gün Azərbaycan multikulturalizmi Portuqaliyadan İndoneziyaya qədər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycan multikulturalizmi modeli son dərəcə vacib, dəyərli mənəvi sərvət kimi öyrənilir, onun müxtəlif istiqamətləri başqa ölkələr tərəfindən tədqiq və tətbiq edilir. Bütün bunların nəticəsi olaraq, Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Bunun, əlbəttə ki, böyük ideoloji, tarixi və siyasi səbəbləri var. Bu gün Azərbaycanın dünyada qazandığı müsbət, stabil, ideoloji imici bizə bu istiqamətdə daha intensiv və daha səmərəli fəaliyyət göstərmək üçün yeni imkanlar açır”.

Dövlət müşaviri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirməyə başladığı növbəti möhtəşəm “Terror multikulturalizmə qarşı” layihəsinin bir çox şaxələri və mərhələləri özündə ehtiva etdiyini bildirib: “Terror multikulturalizmə qarşı” bir qədər geniş və ümumi bir addır, mənzərənin ümumi görünüşünü əks etdirir. Faktiki olaraq mənzərə daha dəqiqliyi və kəskinliyi ilə ortalığa çıxsa, biz bu adın altında gizlənən həqiqi tariximizi daha yaxşı görə bilərik. Güman edirəm, bu ad gələcəkdə multikulturalizm və terror kimi anlayışları qarşı-qarşıya qoyaraq müxtəlif dövlətlərin öz siyasi yolunu müəyyənləşdirərkən bunların hansına üstünlük verməsi ideyasını ortaya qoymağa bizə imkan verər. Bu cür qarşılaşdırma nəticəsində həmin ölkələrin daxilində mənəvi mexanizmlərin necə hazırlandığını, nəyə tuşlandığını və o ideoloji mexanizmlərdən hansı ölkənin nə cür istifadə etməsini biz daha aydın, daha düzgün başa düşə bilərik. Bugünkü “dəyirmi masa”, təbii olaraq, “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “erməni terroru” və “Azərbaycan multikulturalizmi” anlayışlarının qarşılaşdırılmasına gətirib çıxarır. Azərbaycan ərazisində zaman-zaman terrorun baş qaldırmasının, erməni terrorçu, separatçı qüvvələrinin bu torpaqları ələ keçirmək üçün çoxşaxəli, mürəkkəb bir doktrina ortaya qoyduqlarının nəticəsində təbii ki, “erməni terrorizmi” adlı bizim bu gün tanıdığımız, dünyanın da tanıdığı, amma çox zaman susduğu sistemli fəaliyyət ortaya çıxır. Erməni terrorizmi münbit zəmində - multikulturalizm mühitinin, etnik və dini müxtəlifliyin olmadığı yerdə işləməyə başlayır. Böyük filosof Nitsşenin belə bir fikri var: “Səhra böyüyür”. Yəni insanlığa qarşı, onun mənəvi, ideoloji dəyərlərinə qarşı olan hər nə varsa, keçmişi və gələcəyi, yaddaşı olmayan bir yerdə heç nə baş verə bilməz. “Səhra böyüyür” deyərkən bu gün biz bunu müasir Ermənistanın timsalında görürük. “Səhra” böyüməyə, terrorizm genişlənməyə can atır. Zaman-zaman erməni terrorizminə Azərbaycan ərazisində yaşayan ən müxtəlif xalqların nümayəndələri məruz qalıb. “Böyük Ermənistan” və “erməni genosidi” əfsanələrini uyduran erməni millətçiləri XX əsrin əvvəllərində Şərqi Anadoludan Fərqanəyədək geniş bir məkanda dilindən, dinindən, yaşından və cinsindən asılı olmadan dinc, mülki əhaliyə qarşı soyqırımı siyasəti aparmış, milyonlarla insan - Anadolu türkləri, özbəklər, türkmənlər, farslarla bərabər, Azərbaycanda yaşayan xalqlar - azərbaycanlılar, ləzgilər, tatlar, yəhudilər, kürdlər, almanlar, ruslar, gürcülər, hətta ermənilər özləri belə bu erməni terrorunun qurbanı olmuşlar. Bu faktla tanış olanda mən özüm də son dərəcə təəccübləndim, amma fakt faktlığında qalır. Bu faktdan çıxış edərək deyə bilərik ki, erməni terroru, ümumiyyətlə, bəşəriyyətə qarşı yönələn sistemli bir fəaliyyətdir. Biz dünyanı buna inandırmağa çalışırıq və inandırırıq. Güman edirəm ki, bu “dəyirmi masa” erməni terrorizminin daha hansı istiqamətlərə yayıldığının təhlilini aparmaq nöqteyi-nəzərdən başqa istiqamətlərdə də bizə işləməyə əsas verəcək. Bu, ciddi, ideoloji, insani vətəndaşlıq işidir. Burada iştirak edən xarici mütəxəssislər və qonaqlar həqiqətin yanında olmaqla çox böyük insani borclarını yerinə yetirirlər. Bu gün biz hamımız Azərbaycan həqiqətini dünyaya çatdırmaq istiqamətində daha böyük bir yola qədəm qoyuruq. Burada dünyanın müxtəlif ölkələrindən iştirak edən alimlər azərbaycanlı həmkarları ilə əl-ələ verərək dünyanın bilmədiyi, yaxud az bildiyi, bəlkə də bilib qəbul etmək istəmədiyi həqiqətləri bir daha dünyaya təqdim edəcəklər. Bu təqdimat elə olacaq ki, həqiqətlərdən qaçmaq mümkün olmasın. Ümid edirəm ki, bu layihə, bizim gördüyümüz bu iş ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı, tərəqqisi üçün etdiklərinin, Azərbaycanda gedən demokratikləşmə prosesinin dərinləşməsi, Prezident İlham Əliyevin səyi və fədakar əzmi nəticəsində Azərbaycan ideallarının ciddi şəkildə həyata keçirilməsi istiqamətində gedən bütün bu ümumi fəaliyyətə kiçik bir töhfə olacaq”.

Erməni terroru: mahiyyəti və tarixi

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov “Terror multikulturalizmə qarşı” layihəsinin əhəmiyyətini yüksək qiymətləndirib və bu “dəyirmi masa”nı dünya miqyaslı bir sıra gərginliklərə cavab tapmaq yolunda uğurlu bir addım kimi dəyərləndirib.

Y.Mahmudovun moderatorluğu ilə keçən “Erməni terroru: mahiyyəti və tarixi” adlı paneldə rusiyalı tarixçi alim, siyasi analitik Oleq Kuznetsov “Transmilli erməni terrorizminin etnokonfessional qaynaqları”, Tennesi Texnologiya Universitetinin professoru Maykl Günter “Həqiqət və saxtakarlıq: “Erməni soyqırımı” həqiqəti və soyqırımı məsələsi”, tarixçi alim Şöhrət Salamov “Erməni terrorizmi: Kiçik Asiyadan Mərkəzi Asiyaya qədər”, siyasi analitik Əli Hacızadə “Qondarma “erməni soyqırımı”- erməni terrorunun əks üzüdür” mövzusunda məruzələrlə çıxış ediblər.

Erməni terroru Azərbaycan multikulturalizminə qarşı

“Məlumdur ki, Azərbaycanda multikulturalizm xalqın həyat tərzi kimi böyük tarixi inkişaf yolu keçərək bu gün dövlətin əsas siyasi xətlərindən birinə çevrilib. Lakin bu inkişaf yolu tarix boyu “qara zolaq”la - terrorla üzləşib, xüsusilə də erməni terrorunun intensiv olduğu dövrlər multikulturalizmin qarşısında başlıca qanlı maneə kimi durub. XX əsr boyu törədilən erməni terrorunun səbəbini erməni millətçiləri 1965-ci ilə qədər gündəmə gətirmədikləri və sonradan uydurduqları “erməni soyqırımı”nın qisası kimi göstərib və bu ad altında öz cinayətlərini davam etdiriblər”.

Bu fikirlər “dəyirmi masa”nın “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı” adlı panelində səsləndirilib.

Bakı Dövlət Universitetinin mənbəşünaslıq kafedrasının müdiri, professor Anar İsgəndərlinin moderatorluğu ilə keçən paneldə o, “1918-1920-ci illərdə Azərbaycan əhalisinin soyqırımının tarixşünaslığı”, Azərbaycanda ləzgi dilində çıxan “Samur” qəzetinin redaktor müavini Müzəffər Məlikməmmədov “Quba soyqırımı”, professor Solmaz Rüstəmova-Tohidi “1918-ci il Azərbaycanlıların soyqırımı onun erməni təşkilatçılarının təqdimatında”, AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova “Azərbaycan əhalisinin soyqırımı Britaniya diplomatlarının sənədlərində”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev “1918-1920-ci illərdə azərbaycanlıların soyqırımı ermənilərin xatirələrində” mövzusunda məruzələrini təqdim ediblər. Panel müzakirələrlə davam edib.

Erməni terroru və Azərbaycan kürdləri

“XX əsrin sonlarında isə Ermənistan Respublikasında terroru dövlət səviyyəsinə qaldıran hakim dairələrin məqsədyönlü etnik təmizləmə siyasətinə etnik ermənilərdən başqa bütün digər xalqlar - azərbaycanlılar, kürdlər, aysorlar, yunanlar, ruslar, ukraynalılar və beloruslar məruz qaldılar. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni terroru ilə üzləşən yüz minlərlə azərbaycanlı ilə bərabər minlərlə kürd əsilli insan kompakt şəkildə yaşadıqları Ermənistan SSR-dən qovuldu və onlara həyan olan Azərbaycan torpağında bu gün də məcburi köçkünlük həyatını yaşamaq məcburiyyətində qalmaqdadırlar”.

Bu fikirlər isə “dəyirmi masa”nın “Erməni terroru və Azərbaycan kürdləri” adlı panelində səsləndirilib.

Azərbaycanda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayevin moderatorluğu ilə keçirilən paneldə “Erməni terroru Azərbaycan kürdlərinə qarşı”, “Azərbaycanlı kürd ailəsi Çıraqovların timsalında erməni terrorunun qurbanları”, “XX əsrdə Qərbi Azərbaycanda erməni siyasi dairələrinin kürdlərə qarşı terror, repressiya və deportasiyalar siyasəti”, “Birinci Dünya müharibəsi dövründə kürdlərə qarşı “Daşnaksütyun” partiyasının soyqırımı cinayətləri”, “1916-1918-ci illərdə Şərqi Anadolu, İrəvan və Urmiya bölgələrində ermənilərin kürdlərə qarşı törətdiyi soyqırımı” mövzusunda məruzələr dinlənilib.

Paneldə Laçın rayonunun Ağbulaq kənd sakini, erməni terrorunun canlı şahidi Əbül Şükürov “Xatirələr ölmür və ölməyəcək” mövzusunda çıxış edib.

Erməni terrorunun hüquqi və mənəvi ölçüləri

Professor Solmaz Rüstəmova-Tohidinin moderatorluğu ilə keçirilən “Erməni terrorunun hüquqi və mənəvi ölçüləri” adlı paneldə “Terrorun milləti varmı?”, “Mənəvi terror: qeyri-maddi və maddi mədəni irsə qarşı”, “Erməni millətçilərinin Qarabağın Alban məbədlərinə qarşı mənəvi terroru”, “Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri” mövzusunda məruzələr “dəyirmi masa” iştirakçılarının marağına səbəb olub, panel mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

Erməni terroru yeni nəşrlərdə

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanovun moderatorluğu ilə keçirilən növbəti paneldə ölkədə və xaricdə rus, ingilis və Azərbaycan dillərində erməni terrorunun öz əksini tapdığı yeni nəşrlərin təqdimatı olub. Təqdimatda Oleq Kuznetsovun “История транснационального армянского терроризма в ХХ столетии: Историко-криминологическое исследование”, Mayk Günterin “Pursuing the Just Cause of Their People”, “A Study of Contemporary Armenian Terrorism”, “Armenian History and the Question of Genocide”, Şöhrət Salamovun “Туркестан и Южный Кавказ XIX-XX в.в.. Дашнаки от Ферганы до Карабаха”, Kamran İmanovun “Армянский геноцид” или армянский террор?”, “Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, “Öz-özünü təkzib edən “erməniçilik müəlliflik hüququ”, “Erməni müəlliflərinin kitablarındakı uydurmalara “müəlliflik hüququ”, “Заметки о мультикультурализме”, “Об азербайджанской модели мультикультурализма (на основе данных об идентичности)”, Yaqub Mahmudovun “Real histiry and confabulation on great Armenia”, “Геноцид тюрко-мусульманского населения Азербайджана в 1918-1920 годах”, “Геноцид азербайджанского народа 1918 года: организаторы и палачи”, Yves Benardın “Armenian genocide and if they have lied to us”, Solmaz Rüstəmova-Tohidinin “Азербайджанские погромы в Шамахе. 1918 год. На основе документов Чрезвычайной Следственной Комиссии Азербайджанской Демократической Республики”, Elçin Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü”, İlqar Niftəliyevin “Геноцид Азербайджанцев в Иреванской губернии (1918-1920)”, Vaqif Abışovun “Bakıda 1918-ci il mart soyqırımı”, Natiq Məmmədzadənin “Геноцид Азербайджанцев в Карабахском регионе Азербайджана (1918-1920)”, Kamran İsmayılovun “Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı (1918-1920)”, Güntəkin Nəcəflinin “1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı”, “1917-1918-ci illərdə Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı (ATASE-nin sənədləri əsasında)”, “Gubadly: The ancient Azerbaijani land Zangazur’s gateway” kitabları böyük marağa səbəb olmaqla yanaşı, erməni terrorunun sərhəd tanımayan miqyası haqqında “dəyirmi masa” iştirakçılarında və xarici qonaqlarda əyani təsəvvür yaradıb.

İyunun 29-da birinci beynəlxalq “dəyirmi masa”nın iştirakçıları və qonaqlar Solmaz Rüstəmova-Tohidnin bələdçiliyi ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib