SİYASƏT
“Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının tarixi kökləri” mövzusunda elmi seminar keçirilmişdir
Bakı, 23 oktyabr (AZƏRTAC). Bakı Slavyan Universitetinin (BSU) “Azərbaycanşünaslıq” Tədris-Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının tarixi kökləri” mövzusunda elmi seminar keçirilmişdir.
BSU-dan AZƏRTAC-a bildirmişlər ki, müəllim və tələbələrin iştirak etdikləri seminarda elmi işlər üzrə prorektor, dosent S.Həsənov tədbirin əhəmiyyətindən danışmışdır.
Sonra mərkəzin elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sadir Məmmədov genosid anlayışına geniş şərh verərək erməni daşnak-quldur birləşmələrinin 200 ildən artıq müddətdə azərbaycanlılara və türklərə qarşı insanlığa sığmayan əməllərindən, yalançı təbliğatlarından danışmış, qondarma erməni soyqırımı haqqında məlumatlarla tədbir iştirakçılarını tanış etmişdir. O, tarixə nəzər salaraq bildirmişdir ki, 1905-1907, 1914-1916, 1918-1920, 1948-1953 və 1988-ci illərdən bəri baş verən qanlı hadisələr erməni faşizminin, vəhşiliyinin bariz göstəricisidir.
Sonda S.Məmmədov sualları cavablandırmışdır.