Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan tərəfindən zərərin ödənilməsinin ən optimal variantı Zəngəzur dəhlizinin açılmasıdır

Ermənistan tərəfindən zərərin ödənilməsinin ən optimal variantı Zəngəzur dəhlizinin açılmasıdır

Bakı, 28 sentyabr, AZƏRTAC

Dövlətlər daxilində mövcud münasibətlərin hüquqsuz tənzimlənməsi mümkün olmadığı kimi, dövlətlərarası münasibətləri də hüquq olmadan nizamlamaq qeyri-mümkündür və bunun adı beynəlxalq hüquqdur. Ancaq çox təəssüflər olsun ki, hazırkı birqütblü dünyada beynəlxalq hüquq dar çərçivədə bir sıra güclərin əsirinə çevrilib. Hüququn deyil, gücün aliliyinin hökm sürdüyü beynəlxalq münasibətlərdə beynəlxalq hüquq və onun norma və prinsipləri ayaqlar altda tapdalanır.

BMT başda olmaqla beynəlxalq hüququn subyektləri olan bütün təsisatlar və dövlətlər də bu prosesi əksər hallarda müşahidə etməkdən başqa bir şey etmirlər. Özlərinin belə qəbul etdikləri qərar və qətnamələrin heçə sayıldığını müşahidə edənlər, böyük güclərin maraqlarına uyğun gələndə isə dərhal hərəkətə keçirlər. Bu da dünyada güc diplomatiyasının və güc siyasətinin hökm sürməsi ilə yanaşı, güc hüququnun da diktə etməsindən xəbər verir. Biz bunun bariz nümunəsini bir çox proseslərdə, o cümlədən də keçmiş Qarabağ münaqişəsini güc yolu ilə həll etdiyimiz zaman gördük.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov səsləndirib.

O vurğulayıb ki, dünyada siyasət, diplomatiya, elə beynəlxalq hüququn özü də güclülərin iradəsindən asılıdır. Yəni, güclüsənsə öz siyasətini yürüdür, diplomatiyanı həyata keçirir və lazım gələndə beynəlxalq hüquqa riayət olunmasını da tələb edə bilirsən. Hətta bütün dünyanın gözü qarşısında sənə qarşı ən ağır cinayətləri törədərək zərər vuranın da təzminat ödəməsini tələb etmək üçün haqlı olmaqla yanaşı, həm də güclü olmalısan.

Politoloqun sözlərinə görə, belə olmasaydı, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayaraq hər gün, hər saat və hər an bizə zərər vurmaqla məşğul olan Ermənistana münasibətdə həmin beynəlxalq hüquq çoxdan dilə gəlməli və etirazını bildirməli idi. Ancaq biz bu günə qədər beynəlxalq hüququn bu mövzuda sükutundan başqa bir şey görmədik. Onun səssizliyindən istifadə edən bəzi mənfur qüvvələr absurd olaraq Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərdə bizi ittiham etməyə cəhd göstərirlər. Dövlətlər və xalqlar üçün çox da böyük tarix olmayan bir əsr ərzində xalqımıza qarşı dəfələrlə etnik təmizləmə, soyqırımı, təcavüz, sülh və insanlıq əleyhinə və müharibə cinayətlərini törətmiş Ermənistanın qanlı əməllərinə layiqli qiymət vermək əvəzinə, bizi etnik təmizləmədə və digər əməlləri törətməkdə ittiham etməyə cəhd göstərirlər. Burada artıq sadəcə oturub günlərin birində beynəlxalq hüququn öz-özünə işə düşəcəyini gözləməyimiz ən yaxşı halda sadəlövhlük olardı. Çünki biz haqlıyıq, Ermənistan və ona rəhbərlik edənlər bizə qarşı əllərindən gələn bütün növ cinayətləri törədiblər və bunlara görə mütləq məsuliyyət daşımalıdırlar. Həm cinayət məsuliyyətini, həm də maddi məsuliyyəti. Bu, Azərbaycan dövlətinin və xalqının haqqıdır. Bunu sadəcə biz demirik, eyni zamanda, əlahəzrət beynəlxalq hüquq deyir. Elə biz də əlahəzrət beynəlxalq hüququn dediyini deyirik. Dünyada mövcud olan çoxlu təcrübələr də bizim dediklərimizi diktə edir.

X.Bəşirov bildirib ki, Ermənistanın onilliklər ərzində dövlətimizə və xalqımıza vurduğu zərərin mənəvi ölçüsünü müəyyənləşdirmək mümkün olmasa da, maddi miqyası yüz milyardlarla dollar həcmindədir. Bunu da təkcə biz deyil, bu işə cəlb olunan yerli və xarici ekspertlərin gərgin fəaliyyətlərinin nəticələri deyir. Vandallar təxminən indiki Ermənistanın yarısı boyda olan ərazilərimizdə hər şeyi, şəhərləri, qəsəbələri, kəndləri, avtomobil yollarını, dəmir yollarını, körpüləri, yeraltı və yerüstü sərvətlərimizi, meşələrimizi, çaylarımızı və hətta qəbir daşlarımızı, ümumilikdə hər şeyi məhv edib, çapıb və talayıblar. İşğalçı Ermənistan üzündən Azərbaycanın zamanında işğal edilmiş ərazilərindən bir milyona yaxın insanı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, hələ də tam şəkildə yerlərinə və yurdlarına qayıda bilməyiblər.

“Cinayətkar Ermənistanın üzündən Azərbaycan dövləti iki dəfə müharibəyə cəlb olunmaqla minlərlə şəhid verib, on minlərlə əsgər və zabiti yaralanıb, düşmənə qarşı müharibə aparmaq üçün on milyardlarla vəsait xərcləməyə məcbur olub. Bu gün biz geniş quruculuq işlərinə on milyardlarla dollar həcmində vəsait xərcləyirik ki, bu proses uzun illər ərzində davam edəcək. Vurulan böyükmiqyaslı zərərlə yanaşı, itirilmiş gəlirlər də var ki, bu, işin artıq hüquqi təfərrüatlarıdır. Bütün bunların səbəbkarı, Ermənistan və ona rəhbərlik edən cinayətkar ünsürlərdirsə və bütün dünya da bunu bilirsə, hətta əlahəzrət beynəlxalq hüququn da bundan xəbəri varsa, niyə Ermənistan bu günə qədər məsuliyyətə cəlb edilməyib?”, - deyə politoloq bildirib.

X.Bəşirovun fikrincə, bunu etmək beynəlxalq hüquqa diktə edən güclərin maraqlarına uyğun gəlmir. Elə keçmiş Qarabağ münaqişəsinin həlli də o güclərin maraqlarına uyğun deyildi, ancaq biz onun həllinə nail olduq. Ermənistanın işğalına son qoyduğumuz kimi, onun hüquqi məsuliyyətsizliyinə də son qoyub cavab verməsini təmin edəcəyik. Dünyada bir çox analoji təcrübələrə uyğun olaraq Ermənistan da maddi gücünün səviyyəsindən asılı olmayaraq, vurduğu zərərə görə məsuliyyətini mütləq dərk etməlidir.

“Ermənistana verilən yardımların, revanş məqsədilə müharibə üçün müxtəlif yollarla əldə etdiyi silah və texnikanın satılması, ərazilərinin güzəştə gedilməsi və ya Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra tranzit ölkə kimi əldə edəcəyi gəlirlərə yönəldilməsi hesabına da olsa, Ermənistan Azərbaycana vurduğu zərəri mütləq ödəməlidir. Bu xüsusda zərərin ödənilməsinin ən optimal variantı Zəngəzur dəhlizinin açılmasıdır. Göründüyü kimi, problemin hüquqi həlli yolları az deyil. Ödəyib, ödəməmək Ermənistanın seçimi deyil, öhdəliyi olsa da, ödəmə üsulunda Ermənistanın seçimi də nəzərə alına bilər. Ancaq hər bir halda həlli vacib olan bu məsələ Azərbaycan dövlətindən və xalqından daha çox, əlahəzrət beynəlxalq hüququn zəfəri olacaq”, - deyə Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib