Ermənistanda iş adamından rüşvət alan hakim yaxalanıb
Bakı, 1 aprel, AZƏRTAC
Ermənistanın Kotayk vilayət məhkəməsinin hakimi iş adamından iri məbləğdə rüşvət alarkən yaxalanıb.
AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bu məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti yayıb. Qeyd olunub ki, Kotayk vilayət məhkəməsinin hakimi Qaqik Qeboyan bir vətəndaşın ödəyəcəyi dövlət rüsumunun yarısını rüşvət şəklində tələb edib. İş adamının vəkili vasitəsilə əvvəlcə 3 500 dollar tələb edən, bazarlıqlardan sonra 2500 dollar rüşvət alan hakim təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yaxalanıb.
Xatırladaq ki, korrupsiya hallarının artdığı Ermənistanda ötən həftə də səhiyyə nazirinin müavini rüşvət alarkən saxlanılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]