DÜNYA
Ermənistandan Gürcüstana qeyri-qanuni yolla qızıl keçirilməsinin qarşısı alınmışdır
Tbilisi, 17 avqust(AZƏRTAC). Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Ermənistan-Gürcüstan sərhədindəki Sadaxlı nəzarət-keçid məntəqəsində Ermənistandan Gürcüstana qeyri-qanuni yolla qızıl keçirilməsinin qarşısı alınmışdır.
Gürcüstan Gəlir Vergisi Xidmətinin məlumatına görə, Ermənistandan Gürcüstana keçmiş Rusiya vətəndaşının (soyadı açıqlanmır) əl çantasında bəyannamədə göstərilməmiş 157,45 qram qızıl məmulatı aşkar olunmuşdur. O, Gürcüstan qanunvericiliyinə əsasən 6.801 lari (1 dollar 1,65 laridir) məbləğində cərimə olunmuşdur.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [18:45]
Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək
- 27.06.2024 [17:41]
Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib
- 27.06.2024 [17:14]
Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb
- 27.06.2024 [16:55]
Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb
- 27.06.2024 [16:13]
Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb
- 27.06.2024 [15:35]