SİYASƏT
Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində həyata keçirdiyi terrorçuluq çox ağrılı haldır
Bakı, 18 mart (AZƏRTAC). Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində həyata keçirdiyi terrorçuluq çox ağrılı haldır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri jurnalistlərə müsahibəsində demişdir.
Terrorçuluq məsələsinə toxunan Ə.Tüveycri qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın dinc əhalisi terrora məruz qalmış, torpaqları işğal edilmişdir.
Baş direktor bildirmişdir ki, bu gün terrorçuluq dünyanın bəzi regionlarını deyil, bütün ərazilərini əhatə edən qlobal bir problemdir. İSESCO-nun baş direktoru qeyd etmişdir ki, terrorçuluğun köklərinin araşdırılması, ona bütün dövlətlər tərəfindən razılaşdırılmış şəkildə ümumi tərifin verilməsi bu problemin hüquqi tənzimlənməsinə müsbət təsir göstərəcəkdir.