SİYASƏT
Estoniyanın nüfuzlu internet portalında azərbaycanlı magistrin Dağlıq Qarabağ problemi ilə bağlı məqaləsi dərc olunub
![Estoniyanın nüfuzlu internet portalında azərbaycanlı magistrin Dağlıq Qarabağ problemi ilə bağlı məqaləsi dərc olunub](/files/2014/3/1200x630/1409984502201433708_1200x630.jpg)
Məqalədə Rusiya, Azərbaycan və Ermənistanın dövlət başçılarının Soçidə keçirilən üçtərəfli görüşündən bəhs olunur.
O.Oqtay Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmamasının səbəbini də qeyd edir. O yazır ki, Ermənistanın 3 milyon əhalisi var və bu ölkədən kənardan onların sayı ən çox Rusiyadadır. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tələsmir, ona görə ki, bu ölkə həm iqtisadi, həm də siyasət baxımından supergüclərdən asılıdır.
Gənc magistr qeyd edir ki, Azərbaycan üçün bu münaqişənin uzanması arzuolunmazdır. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Azərbaycan öz hərbi müdafiəsinə güclü sərmayələr sərf edir, həmçinin rəsmi Bakı dəfələrlə bildirib ki, öz ərazi bütövlüyünü sülh yolu, əgər bu cəhdlər nəticə verməsə digər vasitələrlə bərpa edəcək.
O.Oqtay diqqətə çatdırır ki, Ukraynadakı son hadisələr Rusiya qazının Avropaya nəqlində müəyyən problemlər yaradır. Bu halda Azərbaycan bütün Avropanın qaz ehtiyaclarını ödəyə bilməsə də, bir hissəsini mütləq təmin edə bilər.
Məqalədə qeyd olunur ki, Azərbaycan üçün Dağlıq Qarabağ ağrılı problem olaraq qalsa da, bu dövlət güclü və inkişaf edən ölkələrdən birinə çevrilib.
O.Oqtay yazır ki, gələcəkdə TANAP layihəsi işə salınacaq. 2012-ci ildə imzalanmış layihə 2018-ci ildə həyata keçirilməlidir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: http://arvamus.postimees.ee/2885347/orhan-oktain-konflikt-konflikti-jarel
Nigar Cəfərli
AZƏRTACın xüsusi müxbiri
Tallinn