Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Cəfərov: Gənclər Fondu öz fəaliyyətində əlçatanlığa və şəffaflığa üstünlük verir

Fərid Cəfərov: Gənclər Fondu öz fəaliyyətində əlçatanlığa və şəffaflığa üstünlük verir

Bakı, 18 aprel, Həsrət Mahmudova, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il martın 7-də “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsinin yaradılması ilə bağlı Sərəncam imzalayıb. Dövlətimizin başçısının martın 13-də imzaladığı daha iki sərəncamla isə Fondun icraçı direktoru və Müşahidə Şurasının üzvləri təyin olunublar.

Fondun icraçı direktoru Fərid Cəfərov qurumun fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

- Fərid müəllim, Gənclər Fondu yarandığı gündən ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir. Ölkəmizdə gənclərə, o cümlədən Fondun fəaliyyətinə daim yüksək diqqət və qayğı göstərən Prezident İlham Əliyev 2018-ci il martın 7-də “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsinin yaradılması, bir neçə gün sonra isə sizin icraçı direktor vəzifəsinə, eləcə də Müşahidə Şurasının üzvlərinin təyin olunması barədə sərəncamlar imzaladı. Fürsətdən istifadə edib, sizin Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayırıq.

Bilmək istərdik ki, bu mühüm dəyişikliklər Fondun fəaliyyətində özünü necə əks etdirəcək?

- Təbriklərinizə görə təşəkkürümü bildirirəm. Sualınıza keçməzdən əvvəl bir neçə gün öncə ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisə - prezident seçkilərində möhtəşəm qələbə qazanması münasibətilə dövlətimizin başçısı İlham Əliyevi bütün gənclərimiz adından təbrik etmək istərdim. Bilirsiniz ki, həm seçki prosesində, həm də seçkidən sonrakı dövrdə gənclərimiz yüksək fəallıq nümayiş etdirdilər. Bu fəallıq təbii ki, səbəbsiz deyil. Bunun əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti, dövlətimizin başçısının gənclərimizə yüksək diqqət və qayğısı dayanır. Azərbaycanda dövlət gənclər siyasətinin təməli ümummilli lider Heydər Əliyevin 1997-ci il 2 fevral tarixli Fərmanı ilə qoyulub. Bu siyasət bu gün uğurla davam və inkişaf etdirilir.

Sualınıza gəldikdə, demək istərdim ki, bu, əslində ölkə ictimaiyyətini, xüsusilə də gəncləri, gənclər təşkilatlarını son dövrdə maraqlandıran əsas məqamlardan biridir. Bilirsiniz ki, yeni Nizamnaməyə əsasən, Fondun təşkilati-hüquqi formasında müəyyən dəyişikliklər olub. Qurum artıq publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Eyni zamanda, Fondun fəaliyyət sahəsi də genişləndirilib, ona əlavə vəzifələr verilib. Onlardan birini xüsusi vurğulamaq istərdim. Bu, Fonda gənclər sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində, eyni zamanda, bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsində iştirak etmək vəzifəsinin həvalə olunmasıdır.

- Yeni dəyişikliklər qrant müsabiqələrinin keçirilməsi qaydalarına təsir edəcəkmi?

- Yeni dəyişikliklərə əsasən, bundan sonra Fond əvvəlki kimi, yalnız layihələrin maliyyələşdirilməsini həyata keçirməyəcək. Qrantların verilməsi təbii ki, bundan sonra da davam etdiriləcək. Sadəcə olaraq, fəaliyyətimiz yalnız bununla məhdudlaşmayacaq. Fond digər istiqamətlərdə də gənclərimizə dəstək olacaq.

Növbəti qrant müsabiqəsinin keçirilməsinə dair sənədlər, qaydalar hazırlıq prosesindədir. Bu qaydalar hazır olduqdan sonra Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçiriləcək. Həmin iclasdan sonra qrant müsabiqəsinin elan edilməsi nəzərdə tutulur.

Bundan başqa, Fondun yeni Nizamnaməsi gənclərin sosial-iqtisadi sahədə təşəbbüslərinin dəstəklənməsi baxımından da bizim üçün mühüm imkanlar yaradır. Buna aşağıdakılar daxildir: aztəminatlı ailələrdən olan tələbələrin təhsil prosesində yataq xərclərinin Fond tərəfindən ödənilməsi, işə düzəlməkdə çətinlik çəkən gənclərimizin əməkhaqlarının bir hissəsinin Nizamnamədə göstərildiyi kimi, bir il müddətində qismən Fond tərəfindən ödənilməsi. Bu, gənclərimizin məşğulluğunun təmin olunmasına əlavə stimuldur. Sosial-iqtisadi sahədə gənclərimizə dəstək olacaq daha bir fəaliyyətimiz isə gənclərin innovativ layihələrinin, xüsusilə də startapların dəstəklənməsi, onlara güzəştli kreditlərin verilməsi olacaq. Eyni zamanda, Fond beynəlxalq səviyyədə gənclərin bilik və bacarıqlarının artırılmasına dəstək göstərəcək. Bu, əsasən gənclərin xaricdə təhsil almalarının, beynəlxalq təşkilatlarda və aparıcı xarici şirkətlərdə təcrübə keçmələrinin, bu proqramlarda iştiraklarının dəstəklənməsindən və maliyyələşdirilməsindən ibarətdir. Ümumilikdə hazırda bu yeni istiqamətlər üzrə fəaliyyətimizin hansı formada qurulacağı ilə bağlı konkret fikirləri yalnız həmin məsələlərlə bağlı hazırlanacaq xüsusi qaydalar, normativ aktlar hazır olduqdan, təsdiqləndikdən sonra söyləmək mümkün olacaq. Yəni, həmin istiqamətlərdən gənclərin hansı formada yararlana biləcəkləri, eyni zamanda, necə müraciət edəcəkləri bu prosesdən sonra müəyyənləşəcək.

- Fərid müəllim, istərdik, bir qədər də Fondun ötən dövrdəki fəaliyyətinə nəzər salaq. Fondun ötən dövrdəki fəaliyyətinin yekunları barədə nə deyə bilərsiniz? Bundan başqa, yeni dövrdə Gənclər Fondunun fəaliyyətinin əsas istiqamətləri hansılar olacaq?

Fond 2011-ci ildə yaranıb və ötən müddətdə 10 qrant müsabiqəsi keçirilib. Qrant müsabiqələri 2012-ci ildən başlayaraq müntəzəm təşkil olunur. Bu müsabiqələr çərçivəsində gənclər təşkilatlarının, eləcə də fərdi gənclərin layihələrinin icrası Fond tərəfindən maliyyələşdirilib. Ümumilikdə 10 qrant müsabiqəsi çərçivəsində 4 minə yaxın müxtəlif səviyyəli layihə maliyyələşdirilib. Təkcə ötən il 568 layihənin maliyyələşdirilməsi təmin olunub. Sevindirici haldır ki, bu layihələr bütün regionlarda yaşayan gəncləri əhatə edib. Fond tərəfindən, həmçinin beynəlxalq tədbirlərin ölkəmizdə təşkili, eyni zamanda, xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, seminarlarda və simpoziumlarda gənclərimizin iştirakı da maliyyələşdirilib.

Yeni dövrdə Fondun fəaliyyətinin bir qədər də genişləndirilməsi nəzərdə tutulub. Haqqında bəhs etdiyim xaricdə təhsil, məşğulluq proqramlarını, eyni zamanda, digər sosial-iqtisadi formada gənclərin dəstəklənməsi üzrə işləri həyata keçiririk. Hazırda əcnəbi tərəfdaşlarımızla birlikdə beynəlxalq təşkilatlarda və xarici şirkətlərdə gənclərin təcrübə keçmək proqramları üzərində çalışırıq. Eyni zamanda, aidiyyəti dövlət qurumlarının və özəl sektorun nümayəndələri ilə birlikdə məşğulluq proqramının icrası üzərində işləyirik. Bu il xaricdə təhsil üzrə vəzifəmizi də icra etməyi planlaşdırırıq. Qeyd edim ki, bu vəzifələrin icrası üçün aprelin 9-da Prezidentin Sərəncamı ilə Gənclər Fonduna əlavə olaraq vəsait ayrılıb. Qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.

Ümumiyyətlə, demək istərdim ki, Azərbaycan Respublikasının Gənclər Fondu öz əlçatanlığı və şəffaf fəaliyyəti ilə gənclərimiz üçün xüsusi instituta çevrilib. Fondun həyata keçirdiyi bütün layihələr gənclərimizin maariflənməsində, inkişafında mühüm rol oynayıb.

- Dövlətimizin başçısının Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bununla əlaqədar Fond tərəfindən hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

- Bu il ölkəmiz üçün xüsusilə əlamətdar ildir. Yüz il əvvəl Azərbaycanda müsəlman Şərqində ilk demokratik parlamentli respublikanın əsası qoyulub. Azərbaycan Xalq Cümhuriyyəti sonrakı dövrlərdə müasir müstəqil Azərbaycan dövlətinin yaranması üçün əsaslı zəmin yaradıb. Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Sərəncama əsasən, bu münasibətlə il ərzində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Gənclər Fondu da bu sırada istisna deyil. Biz həm Bakıda, həm də regionlarda gənclərin iştirakı ilə müxtəlif tədbirlər keçirəcəyik. Bu tədbirlər gənclərin maariflənməsi ilə yanaşı, xalqımızın demokratik ənənələrinin həm ölkə daxilində, həm də xaricdə təbliğinə yönələcək. Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərlərə sadiqliyinin, qabaqcıl addımlarının, xüsusən də ABŞ-dan və Avropanın inkişaf etmiş ölkələrindən daha əvvəl qadınlara seçki hüquqlarının verilməsi və s. amilləri geniş təbliğ etməyə, xaricdə və ölkə gəncləri arasında yaymağa çalışacağıq. Bu tədbirlər Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuş Gəncədə də təşkil ediləcək. Eyni zamanda, Bakıda geniş kütləvi tədbirlərin keçirilməsini planlaşdırırıq.

Bu il, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi qeyd ediləcək. Ulu Öndərimizin anadan olmasının 95 illik yubileyi münasibətilə Fond bir sıra mühüm tədbirlərin təşkilində yaxından iştirak edəcək.

Ümumiyyətlə, Gənclər Fondu digər əlamətdar günlər və hadisələrlə bağlı, gənclərin fəaliyyətinə dair məsələlərlə əlaqədar müxtəlif tədbirlər təşkil edəcək.

- Maraqlı müsahibəyə görə təşəkkür edir, sizə fəaliyyətinizdə uğurlar arzulayıram.

- Təşəkkür edirəm. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib