FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın-taktiki təlim keçirib
Bakı, 16 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Xəzər rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri ilə birlikdə Bilgəh qəsəbəsindəki “Jumeriah Bilgah Beach” otelində yanğın-taktiki təlim keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlimdə otelin yanğın təhlükəsizliyi barədə ətraflı söhbət aparılıb, şərti yanğının söndürülməsi əməliyyatı həyata keçirilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydası əyani şəkildə göstərilib. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzusunda yaddaş vərəqələri iştirakçılara paylanılıb, ”Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası otelin rəhbərliyinə təqdim edilib.
Sonda suallar cavablandırılıb.