DÜNYA
Florida ştatında vertolyot qəzaya uğramışdır
Bakı, 27 dekabr (AZƏRTAC). Dekabrın 26-da ABŞ-ın Florida ştatında tibbi yardım vertolyotu qəzaya uğramışdır.
Polisin məlumatına görə, pilot və Mayo klinikasının köçürülmə üçün təzə donor orqanları aparan iki əməkdaşı həlak olmuşdur. Ceksonvill klinikası ərazisindən havaya qalxan vertolyot Heynsvilə doğru istiqamət götürmüşdür, lakin bir neçə dəqiqədən sonra onunla rabitə kəsilmişdir. Xilasedicilər yerə çırpılmış vertolyotu Palatka şəhərinin 20 kilometrliyində aşkar etmişlər. Hazırda qəzanın səbəbləri araşdırılır. Həlak olanların adları hələlik açıqlanmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [18:45]
Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək
- 27.06.2024 [17:41]
Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib
- 27.06.2024 [17:14]
Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb
- 27.06.2024 [16:55]
Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb
- 27.06.2024 [16:13]
Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb
- 27.06.2024 [15:35]