DÜNYA
Fransa, Almaniya və İtaliya Avropa İttifaqının Misirdəki vəziyyətlə əlaqədar təcili yığıncaq keçirməsini istəyir
Paris, 17 avqust (AZƏRTAC). Avropa qitəsinin əsas aparıcı dövlətlərindən hesab edilən Fransa, Almaniya və İtaliya son günlər Misirdə baş verən qanlı toqquşmalar zamanı çoxlu sayda insan tələfatından və yaralanmasından narahat olduqlarını bəyan etmiş, bu vəziyyətlə əlaqədar Avropa İttifaqına (Aİ) üzvü olan 28 ölkənin xarici işlər nazirləri səviyyəsində təcili yığıncaq keçirilməsini təklif etmişlər. Böyük Britaniya da Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin Misirdəki vəziyyətlə bağlı təcili toplantısının keçirilməsini dəstəkləmişdir.
Fransanın xarici işlər naziri avqustun 19-da Brüsseldə Aİ-na üzv ölkələrin xarici işlər nazirlərinin Misirdəki vəziyyətlə əlaqədar təcili toplantısının keçiriləcəyini bildirmişdir.
Fransa Prezidenti Fransua Olland və Almaniya kansleri Angela Markel Misir hadisələri ilə bağlı keçiriləcək yığıncaqda Aİ-nın Misir ilə əlaqələrinə yenidən baxılmasını tələb etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris