Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa ictimaiyyəti Azərbaycanın sivilizasiyalararası dialoqa töhfələri barədə məlumatlandırılıb

Fransa ictimaiyyəti Azərbaycanın sivilizasiyalararası dialoqa töhfələri barədə məlumatlandırılıb

Paris, 27 fevral, AZƏRTAC

Fransanın www.lopinion.fr  saytında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimovun müsahibəsi yayılıb.

Müsahibədə Xocalı soyqırımının 25-ci ildönümünün qeyd olunduğu bir vaxtda Dağlıq Qarabağda qoşunların təmas xəttində yenidən toqquşma baş verməsinə toxunan jurnalist regiondakı gərginliyə baxmayaraq, Azərbaycanın fundamentalizm virusuna yoluxmaması ilə maraqlanıb.

Anar Kərimov suala cavabında bunu anlamaq üçün ölkəmizin tarixinə və coğrafiyasına nəzər salmağın vacibliyini bildirib. O, Azərbaycanın bir çox təsirlərin kəsişməsində və müxtəlif mədəniyyətlərin keçdiyi İpək yolunun üzərində yerləşdiyini söyləyib. Səfir ilk dünyəvi müsəlman respublikası olan Azərbaycanda müsəlman dünyasında ilk operanın, universitetin, azad mətbuatın yarandığını, qadınlara ilk dəfə səsvermə hüququnun verildiyini diqqətə çatdırıb. Bildirib ki, 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa edəndə vəziyyət heç də asan deyildi. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonunu işğal etməsi müstəqilliyin sevincini yaşamağımıza imkan vermədi. Ancaq ölkəmiz təbii ehtiyatları sayəsində iqtisadi dirçəlişə nail oldu. Azərbaycandakı siyasi iradə ölkəmizdəki multikulturalizm ənənələrini qoruyub saxlamağa kömək etdi. Məhz multikultural irsimiz bizi fundamentalizmdən və Orta Şərqdə baş alıb gedən digər təhdidlərdən qorudu.

Səfir qeyd edib ki, multikultural irsin qorunub saxlanmasında dövlətin rolu əvəzedilməzdir. Bunsuz mənfi təsirlər baş alıb gedə bilər. Əgər vaxtında zəruri addımlar atılmasa, tolerantlıq əks istiqamətə yönələr. Dövlətin bu istiqamətdə siyasəti son dərəcə diqqətlə müəyyən edilməli və tarazlaşdırılmalıdır. Siyasət dini və etnik icmaları qarşı-qarşıya qoymamalıdır. Dövlət strategiyasının əsas elementləri hər bir vətəndaşın hüquqlarının konstitusiya təminatına əsaslanır. Sonra qanunvericilik bu hüquqların tətbiqi üçün təsisatların yaranmasını təmin edir.

Diplomat 2014-cü ildə Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin açıldığını və onun əsas məqsədinin etnik və dinlərarası dialoqu təşviq etmək olduğunu vurğulayıb. O, Mərkəzin formal görüşlər məkanı deyil, vətəndaşların, müəllimlərin, uşaqların tolerantlıq ruhunda formalaşdığı məkan olduğunu bildirib. Ölkəmizdə dini liderlərin dinamizmi və öhdəlikləri digər vacib məqamdır. Bütün dini bayramlarda onlar bir araya gəlirlər. Belə mesajların təsir gücü daha çox olur. Ölkədə nifrət dolu çıxışlara qarşı cəza tədbirləri də ciddidir. Belə məqamlara qarşı bizdə tolerantlıq yoxdur. Ölkəmiz məhz buna görə fundamental virusa yoluxmayıb.

Mədəniyyətlərarası dialoqu təşviq etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ildə “Bakı prosesi”ni irəli sürdüyü, ilk görüşün Avropa Şurası və müsəlman ölkələrinin mədəniyyət nazirləri səviyyəsində həyata keçirildiyi diqqətə çatdırılıb. Hazırda bu prosesin iki ildən bir keçirilən forum statusu qazandığı və təkcə Avropa və müsəlman ölkələrini deyil, eləcə də Cənubi Amerika, Afrika və Asiya ölkələrini də əhatə etdiyi, UNESCO və digər beynəlxalq təşkilatların da forumun iştirakçıları arasında olduğu və IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mayın 5-6 -da keçiriləcəyi diqqətə çatdırılıb.

Daimi nümayəndə bildirib ki, antisemitizm və islamofobiyanın baş alıb getdiyi dünyada mədəniyyətlərarası dialoq çox vacibdir, Azərbaycanın bütün sivilizasiyalar arasında vasitəçi və müxtəlif mədəniyyətlərin birgə mehriban yaşamasının müdafiəçisi olmaq istəyir. Daxili və xarici dialoq olmadan, hətta ən yaxşı inkişaf etmiş iqtisadiyyat, güclü silah və yüksək texnoloji avadanlıq olsa belə, cəmiyyətin çiçəklənməsi mümkün deyil. Siyasi iradə və cəmiyyətin öhdəliyi arasında kombinasiya çox vacibdir.

A.Kərimov 2004-cü ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçiləndən sonra əlaqələrimizin sıx inkişaf etdiyini bildirib. 2013-cü ildə UNESCO maliyyə böhranı yaşayanda Azərbaycan könüllü şəkildə təşkilata təhsil və mədəni irsin qorunub saxlanması məqsədilə öz töhfəsini verib. “Mədəni irs mövzusu bizim üçün prioritet məsələdir. Ermənistan işğal etdiyi torpaqlarımızda tarixi və mədəni abidələrimizi məhv edib. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 4 qətnamə ilə erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edir. Münaqişənin ən faciəvi səhifəsi 1992-ci il fevralın 26-da 613 dinc sakinin qətlə yetirildiyi Xocalı qırğınıdır. Bu faciəni heç vaxt unuda bilmərik. Amma biz Bakıda erməni kilsəsini restavrasiya etməklə göstərdik ki, mədəni irsin qorunub saxlanmasında ermənilərlə eyni mövqeni tutmuruq. Ölkəmiz daim sülh şəraitində birgəyaşayışa üstünlük verir. Azərbaycan yenə də intiqam hissindən uzaqdır və regionda sülhün bərqərar olmasında maraqlı olduğunu bəyan edir”, - deyə A. Kərimov qeyd edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüsal Xəlilov: Ani Ödənişlər Sisteminin genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNƏCƏK

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

Milli Məclisdə 13 məsələnin müzakirəsinə başlanılıb

Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Baş məşqçi: Slovakiya klubu ilə matçda daha yaxşı oyun göstərməyə çalışacağıq

OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb

Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb

Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar

Politoloq: MDB-yə sədrliyin 2028-də Azərbaycana keçməsi üzv dövlətlər üçün mühüm fürsət olacaq

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

İqor Ponomaryov: Düşünürəm ki, futbolçular bu dəfə daha inamlı çıxış edəcəklər

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaq üçün ölkəmizə gətirilib

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb

Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı

® ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır VİDEO

Azərbaycan nefti 131 dollara satılır VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb