Fransa XİN Emmanuel Makronun mayda Rusiyaya səfər edəcəyini təsdiqləyib
Bakı, 29 mart, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makronun may ayında Rusiyaya səfərinin hazırlıq işləri davam edir. Bunu martın 29-da Fransanın Avropa məsələləri və xarici işlər naziri Jan-İv Le Drian RTL radiostansiyasının efirində çıxış edərkən bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Sergey Skripal ilə bağlı insident barədə suallara cavab verən nazir “Noviçok” adlı qazı yalnız Rusiyanın istehsal edə bildiyini deyib. “Buna görə də hadisənin daha dəqiq izahı ola bilməz. Fransa məhz belə bəyanatla çıxış edir - lakin Moskva buna reaksiya vermir. Bu səbəbdən Aİ-nin ötən həftə keçirilən sammitində əks tədbirlər qəbul olunub. Məhz buna görə Fransa Prezidenti Emmanuel Makron rusiyalı diplomatların ölkədən çıxarılmasına dair qərar verib”, - deyə Le Drian bildirib.
“Biz Moskva ilə açıq dialoq aparmaq və onlardan beynəlxalq hüquq normalarına riayət edilməsini istəyirik”, - deyə nazir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]