Fransada havanın temperaturu 45 dərəcəni ötüb
Bakı, 28 iyun, AZƏRTAC
Fransanın cənubunda Qallarq-le-Montyue şəhərində (Qar departamenti) havanın temperaturu cümə günü 45,9° isti olub. Bu barədə ölkənin meteoroloji xidməti məlumat yayıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu, sutka ərzində temperaturda üçüncü maksimum göstəricidir. Bundan əvvəl “France Presse” agentliyi Vilvyey şəhərində 45,1° isti olduğunu yazıb, daha öncə isə Karpantra şəhərində temperaturun 44,3° isti olduğu bildirilib. Bu cür istilər 2003-cü il avqustun 12-də elə Fransanın cənubunda qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [23:50]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]