İDMAN
Fransanın www.directmatin.fr saytında Avropa Oyunları ilə bağlı geniş məqalə dərc edilib
Bakı, 10 iyun, AZƏRTAC
Fransanın www.directmatin.fr saytında birinci Avropa Oyunları haqqında geniş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Avropa Oyunları: Yarışlar hansı telekanallarda yayımlanacaq?” sərlövhəli məqalədə Azərbaycanın paytaxtı Bakının yaxın günlərdə tarixin ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyi qeyd olunub.
Diqqətə çatdırılıb ki, “Rio-2016” Olimpiadasına az vaxt qaldığına görə birinci Avropa Oyunları köhnə qitənin idmançıları üçün əsas sınaq yarışı hesab olunur. “Equipe 1” və “TNT” televiziyaları Oyunları Fransada geniş yayımlayacaq.
Müəllif yazıb ki, gərgin mübarizənin aparılacağı Oyunlar zamanı Bakı küçələri Avropanın idman ulduzları ilə dolub daşacaq. “Bakı-2015” Pekində keçiriləcək atletika və iyulun 17-də Kazanda başlayacaq üzgüçülük üzrə dünya çempionatları ərəfəsinə təsadüf etdiyi üçün idmançılar birinci Avropa Oyunlarına daha ciddi hazırlaşmalıdırlar.
Məqalədə bildirilib ki, idmanın 20 növünün daxil edildiyi birinci Avropa Oyunları Fransa idmançılarının bacarıqlarını göstərmələri üçün gözəl imkandır.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
http://www.directmatin.fr/echos/2015-06-09/jeux-europeens-quels-sports-sur-quelle-chaine-705617