Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gələcəyin peşəkar zabitlərini yetişdirən 20 yaşlı hərbi təhsil ocağı

Naxçıvan, 13 mart, AZƏRTAC

Ölkəmizdə güclü, peşəkar və yüksək döyüş qabiliyyətinə malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun liderinə, dünyanın isə qabaqcıl ordularından birinə çevrilib.

Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin yaranması və keçdiyi inkişaf yolu da bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Heydər Əliyev adına Hərbi Liseyin yaradılması haqqında” 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında müstəqil təhsil ocağı fəaliyyət göstərməyə başladı. Beləliklə də, görkəmli dövlət xadiminin xatirəsinin əbədiləşdirildiyi ilk ünvan onun doğma yurdunda yaratdığı hərbi lisey oldu.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev liseydə olarkən deyib: “Əziz kursantlar, Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına həsr edilmişdir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev siyasətini əbədi yaşatmalıyıq. Ölkəmizi onun qoyduğu yolla irəliyə aparmalıyıq. Əziz kursantlar, yaxşı oxuyun, hərb işini mükəmməl öyrənin, ölkəmizin inkişafında fəal iştirak edin”.

Heydər Əliyev adına Hərbi Lisey 2004-cü ildən müstəqil fəaliyyət göstərərək Ümummilli Liderin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi Silahlı Qüvvələrimizin savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərlə təmin olunması yolunda inamlı addımlar atır. Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə hərbi lisey mühüm təşkilatlanma və inkişaf yolu keçib, burada nümunəvi hərbi tədris sistemi, möhkəm maddi-texniki baza yaradılıb. Ali Məclisin Sədri hərbi təhsil ocağının fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Hər bir ölkənin müstəqilliyini və dövlətçiliyini təsdiq edən əsas amillərdən biri də onun ordusudur. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Silahlı Qüvvələrimiz həm güclü maddi-texniki bazaya, həm də peşəkar və vətənpərvər şəxsi heyətə malikdir. Müasir dövrdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin mühüm bir istiqamətini ixtisaslı kadrların yetişdirilməsi təşkil edir. O ordu güclüdür ki, onun sıralarında peşəkar zabit heyəti var. Zabit heyəti isə öz-özünə formalaşmır. Bu gün biz iftixar hissi ilə deyə bilərik ki, Silahlı Qüvvələrimiz üçün zabit korpusunun formalaşması işinə Ulu Öndərimizin adını daşıyan hərbi lisey də öz töhfəsini verir. Ötən dövrlərdə hərbi liseydə möhkəm maddi-texniki baza və nümunəvi hərbi tədris sistemi yaradılmışdır. Bu gün liseyin mindən çox məzunu Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında zabit kimi xidmətlərini davam etdirir”.

Vətəninə, dövlətinə və xalqına sədaqətli, vətənpərvər, tam orta təhsil üzrə yüksək biliklərə malik, fiziki cəhətdən sağlam və intizamlı gənclər yetişdirmək kimi məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələn Heydər Əliyev adına Hərbi Liseyin tədris imkanları ötən illər ərzində xeyli genişləndirilib. Burada kursantların məişəti, təhsili, sağlamlığı, fiziki tərbiyəsi üçün lazımi şərait yaradılıb. Liseydə geniş sinif otaqları, laboratoriyalar, hərbi kabinələr, linqafon və kompüter sinifləri, elmi, bədii, siyasi, hərbi və tarixi ədəbiyyatlarla, ensiklopedik nəşrlərlə təmin olunmuş zəngin kitabxana var. Hazırda elektron lövhələr və internetə çıxışı olan kompüterlər dərslərin interaktiv formada keçirilməsinə və hərbi liseyin muzey şəbəkəsinə qoşulmasına imkan verir, dəqiq elmlər və xarici dillər müasir metodlarla tədris olunur.

Liseydə Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Burada Ümummilli Liderin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən kitablar, dahi şəxsiyyətin hərbi liseyə səfərlərini əks etdirən fotoşəkillər, ötən əsrin 90-cı illərində Naxçıvanda milli ordunun formalaşdırılması ilə bağlı qəbul olunmuş taleyüklü qərarların surətləri, həmin dövrə aid fotoşəkillər nümayiş etdirilir. Təbii ki, bütün bunlar da kursantların hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

Hərbi təhsil ocağında gənclərin fiziki hazırlıqları diqqət mərkəzində saxlanılır. Burada müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, futbol meydançası mövcuddur. Kursantlar təşkil olunan idman yarışlarında, Naxçıvan şəhər və muxtar respublika səviyyəli müxtəlif idman birinciliklərində həmişə ön sıralarda yer alıblar. Bundan əlavə, onlar bilik yarışlarında, bədii özfəaliyyət kollektivlərinin baxış müsabiqələrində, fənn olimpiadalarında fəal iştirak edərək nailiyyətlər qazanırlar. Ümumilikdə, respublika fənn olimpiadalarında 2015-2017-ci illər ərzində 1 qızıl, 1 gümüş, 5 bürünc medal qazanılıb. Kursantların meyil və maraqlarını, bədii və texniki yaradıcılıq istedadlarını üzə çıxararaq inkişaf etdirmək məqsədilə təhsil, idman, mədəni sahələr üzrə liseydə 31 adda dərnək fəaliyyət göstərir.

Liseyin zabit-müəllim kollektivi və kursantları Naxçıvan Muxtar Respublikasının ictimai həyatında fəal iştirak edirlər. Ötən il oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25 illiyi münasibətilə keçirilmiş hərbi paradda Heydər Əliyev adına Hərbi Liseyin zabit və kursantları da iştirak edərək, tribuna önündən təntənəli keçid ediblər. Həmçinin kursantların dünyagörüşünün, mədəni-maarif tərbiyəsinin gücləndirilməsi üçün müxtəlif mövzularda tematik gecələr keçirilir, tarixi-mədəni yerlərə, muzeylərə gəzintilər təşkil olunur.

Hərbi təhsil ocağında atəş hazırlığı sinfi kursantların silahla davranış qaydalarını, hədəfi ilk atəşlə məhv etməyi öyrənmələri baxımından mühüm əhəmiyyətə malikdir. Burada müasir avadanlıqlar, kompüterlər və atış monitorları quraşdırılıb. Monitorlarda real şəraitə uyğun olaraq hədəflərin yaxın və uzaqlığını, müxtəlif hava, məhdud görmə və relyef şəraitini, eləcə də avtomatik və tək-tək atəş rejimini seçmək mümkündür. Atış başa çatdıqdan sonra nəticələr monitorda əks olunur və kursantların nişanalma bacarıqları haqqında məlumat verilir.

Rahat yataq dəstləri ilə təmin edilən yataqxana binasında kursantlar üçün müasir məişət şəraiti yaradılıb. Onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə istirahət zalında idman guşələri mövcuddur. Kursantlar gündəlik mətbuatı izləmək, şahmat və digər idman növləri ilə məşğul olmaq imkanlarına malikdirlər.

Kursantların sağlamlığı və qidalanması həmişə diqqət mərkəzində saxlanılır. Hərbi liseyin tibb məntəqəsində şəxsi heyətin sağlamlığı hərbi həkim heyəti tərəfindən tez-tez yoxlanılır, qabaqlayıcı tədbirlər görülür. Həmçinin liseydə hamam-camaşırxana, çay evi, bərbərxana da var. Heydər Əliyev adına Hərbi Liseydə kursantlar yemək saatlarında nizam-intizamla yeməkxanaya daxil olur, qida rasionunda nəzərdə tutulan yüksəkkalorili ərzaqlarla qidalanırlar.

Yaradılan şərait gənclərin hərb sənətinə marağını xeyli artırıb. 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 600-ə yaxın kursant təhsil alır. Onlardan 168 nəfəri Azərbaycan Respublikasının digər bölgələrindən gəlib burada təhsil alan yeniyetmələrdir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gələcək zabitlərinin vətənpərvər, bilikli və sağlam bir gənc kimi yetişməsi üçün liseydə yaradılan müasir tədris və məişət şəraiti, bütövlükdə, Azərbaycan gəncliyinə və Azərbaycan Ordusuna göstərilən diqqətin ifadəsidir. Hər bir kursant Heydər Əliyev adına Hərbi Liseydə təhsil aldığına görə fəxr hissi ilə özünü əsl Vətən müdafiəçisi hesab edir. Bütün bunlar da liseyin təhsil sahəsində qazandığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən xəbər verir. Hərbi liseyin kursantları Naxçıvan torpağının yetirmələri olan generalların layiqli davamçıları kimi yetişirlər.

Ötən dövrdə məzun olan 2 mindən çox kursantdan hərbi liseyi qızıl və gümüş medallarla, eləcə də fərqlənmə attestatı ilə bitirənlər də az deyil. Məzunlardan 10 nəfəri Türkiyə Respublikasının, 24 nəfəri Rusiya Federasiyasının hərbi akademiyalarında, digərləri isə ölkəmizdə fəaliyyət göstərən müxtəlif təyinatlı ali hərbi məktəblərdə təhsillərini davam etdirirlər.

Heydər Əliyev adına Hərbi Liseydə əsas məqsəd gənclərimizi Vətənimizin müdafiəsinə hazırlamaq, onlara hərb işinə dair bilik və bacarıqları mənimsətməkdən ibarətdir. Torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğat işinin gücləndirilməsi vacib əhəmiyyət kəsb etdiyindən kursantlar hərbi liseyə daxil olan ilk gündən onlarda Vətənə məhəbbət hissinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Tədris prosesində kursantların vətənpərvərlik tərbiyəsinə üstünlük verilərək, onlara milli ruhun təlqin olunması, tariximizə, dilimizə, mədəni irsimizə, dövlət atributlarına hörmət və ehtiram hisslərinin aşılanması daim diqqət mərkəzindədir. Bu gün istər ali hərbi məktəblərdə təhsil alan, istərsə də Azərbaycan Silahlı Qüvvələrində xidmətlərini davam etdirən liseyin məzunları öz nizam-intizamları, vətənpərvərlikləri, bilik və bacarıqları ilə seçilirlər. Şanlı Aprel döyüşlərində, eləcə də ondan əvvəl və sonrakı dövrlərdə düşmən təxribatlarının qarşısını alarkən Heydər Əliyev adına Hərbi Liseyin məzunları da qarşı tərəfə layiqli cavab veriblər. Hərbi liseyin 8 məzunu Vətənimizin müdafiəsində şücaət göstərərək qəhrəmancasına şəhid olub.

Ümummilli lider Heydər Əliyevin “Dünyada ən şərəfli peşə Vətəni, torpağı, dövləti qorumaq peşəsidir” sözləri kursantların hərbi-vətənpərvərlik tərbiyəsində əsas istiqamətdir. Əcdadlarının şanlı hərb ənənələrini şərəflə davam etdirmək kimi düzgün hədəfə istiqamətlənərək gələcək nəsillərə örnək ola biləcək şərəfli zabit həyatı yaşamaq arzusu hər bir kursantın həyat amalına çevrilib.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH