CƏMİYYƏT
Gələn il Nizami Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən "AzərSuTikinti" xəstəxanası təmir ediləcək
![Gələn il Nizami Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən](/files/2023/2/1200x630/16886479104443827680_1200x630.jpg)
Bakı, 6 iyul, AZƏRTAC
Gələn il Nizami Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən "AzərSuTikinti" xəstəxanasının təmir və yenidən qurulması mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Nizami Tibb Mərkəzində Cərrahiyyə şöbəsinin istifadəyə verilməsi mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, xəstəxanada bir sıra şöbələr fəaliyyət göstərirdi: “Hazırda isə həmin binada hemodializ şöbəsi işləyir. Burada tibbi xidmətin təşkilində hər hansı çətinlik olmadığından həmin şöbə bundan sonra da fəaliyyətini davam etdirəcək. Eyni zamanda, nefrologiya şöbəsi də vətəndaşlara xidmət göstərəcək”.
V.Qurbanov vurğulayıb ki, həmin xəstəxana əhalinin sıx məskunlaşdığı ərazidə yerləşdiyindən gələn ildən yenidən qurulması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]