MƏDƏNİYYƏT
Gənc ədiblərin “Yeni söz” ədəbiyyat almanaxı nəşr olunub
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi istedadlı ədəbi gəncliyin yaradıcılığını işıqlandıran “Yeni söz” adlı ədəbiyyat almanaxı nəşr edib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitabda 90-cı illərin sonlarından bu günümüzədək ədəbi fəaliyyəti ilə seçilən gənc istedadlı ədiblərin əsərləri - şeir və hekayələri yer alıb.
Nəşrin məqsədi Azərbaycanın yeni ədəbiyyatının mənzərəsini təqdim etmək, gənc, istedadlı ədibləri ölkədə tanıtmaqdır.
Gələcəkdə gənc müəlliflərin əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq, Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması istiqamətində layihələrdə təmsil edilməsi nəzərdə tutulur.
Toplunun “Ön söz”ünün müəllifi tanınmış tənqidçi Əsəd Cahangirdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.05.2024 [19:02]
Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir
- 24.05.2024 [18:24]
İstiqlal Muzeyində “Vəhdət” adlı sərgi təşkil olunub
- 24.05.2024 [17:29]
Xalq artisti, aktyor Tofiq Mövləvi vəfat edib
- 24.05.2024 [14:53]
Bakıda “İspaniya və Latın Amerikası ədəbiyyatı bayramı” keçirilib
- 24.05.2024 [14:37]
Bakıda türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi qeyd olunub
- 24.05.2024 [13:15]