CƏMİYYƏT
AMEA-nın əməkdaşları arasında keçirilən futbol yarışının qalib komandaları təltif edilib
![](/files/galleryphoto/2024/2/1200x630/17165608425330411867_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716560842511916376_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165608421721956455_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165608426171242046_1200x630.jpg)
Bakı, 24 may, AZƏRTAC
AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə akademiya əməkdaşlarının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə keçirilən futbol yarışı başa çatıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yarışın bağlanış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qalib komandaları təltif edib.
Yarışda birinci yeri Respublika Seysmoloji Xidmət Mərkəzinin, ikinci yeri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, üçüncü yeri isə AMEA Rəyasət Heyətinin komandası tutub.
Qalib komandaların üzvlərinə medallar təqdim olunub.