SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2023-cü il üzrə fəaliyyət nəticələrinə dair təqdimat dinlənilib, ötən ilin nəticələri üzrə audit olunmuş maliyyə hesabatı təsdiq edilib. İclasda SOCAR-ın Müşahidə Şurası tərəfindən verilmiş tapşırığa uyğun olaraq, şirkətin 2024-cü il üzrə dürüstləşdirilmiş büdcəsi təsdiqlənib.
İclasda həmçinin SOCAR-ın xarici investisiya layihələrində iştirakına və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:42]
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8,2 faiz artıb
- 05.06.2026 [16:33]
® Bakıda yeni “Xiaomi 17T” seriyasının təqdimatı olub
- 05.06.2026 [16:18]
AMB və Macarıstan Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb
- 05.06.2026 [15:42]
Neft qiymətləri həftəni itkilərlə tamamlayır
- 05.06.2026 [15:18]