Admiral Riçard Nayton: Böyük Britaniya “Soyuq müharibə”dən bəri ən təhlükəli dövrdən keçir
London, 5 iyun, AZƏRTAC
Böyük Britaniyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Riçard Nayton bildirib ki, ölkənin üzləşdiyi risk və təhdidlər Soyuq Müharibənin başa çatmasından bəri ən yüksək səviyyəyə çatıb.
AZƏRTAC xəbər verir ki, “BBC Radio 4”ün “Today” proqramına müsahibəsində çıxış edən Riçard Nayton hazırkı vəziyyəti karyerası ərzində gördüyü ən təhlükəli dövr kimi qiymətləndirib.
Onun sözlərinə görə, bu ilin ilk beş ayında Rusiya strateji hərbi təyyarələrinin Böyük Britaniyanın hava məkanına yaxınlaşması və ya onu pozması halları ötən ilin bütün dövründə qeydə alınan göstəriciyə bərabər olub.
Baş Qərargah rəisi qeyd edib ki, ötən il dərc olunan Strateji Müdafiə İcmalı ölkə üçün ciddi xəbərdarlıq xarakteri daşıyır. Son onilliklərdə Britaniya Silahlı Qüvvələri daha çox qısamüddətli və məhdud münaqişələrə hazırlaşsa da, hazırda Ukraynadakı müharibə kimi uzunmüddətli və genişmiqyaslı qarşıdurmalara hazır olmaq zərurəti yaranıb.
Riçard Naytonun açıqlamaları Böyük Britaniyada Müdafiə İnvestisiyaları Planının yaxın həftələrdə dərc olunmasının gözlənildiyi bir vaxta təsadüf edir. Sənəd qarşıdakı on il ərzində yeni hərbi texnika və müdafiə infrastrukturunun maliyyələşdirilməsi istiqamətlərini müəyyən edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
- 07.06.2026 [12:21]
Kayseridə güclü yağış və dolu həyatı iflic edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]