Azərbaycanda idman dırmanması üzrə marşrutqurma kurslarına start verilib
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Alpinizm Federasiyasının (AAF) təşkilatçılığı ilə ölkəmizdə idman dırmanması üzrə marşrutqurma kurslarına start verilib.
AZƏRTAC xəbər verir ki, “Alp” Dırmanma Mərkəzində keçirilən kurslar AAF-nin dəvəti ilə Azərbaycana səfər edən marşrutqurma üzrə rusiyalı beynəlxalq dərəcəli mütəxəssis, idman ustası Arseni Kupçikin rəhbərliyi altında keçirilir.
Kursların keçirilməsində məqsəd idman dırmanmasının sürət, çətinlik və boulderinq növlərində relyeflərin qurulması, yerli mütəxəssislərə bu sahənin incəliklərinin və beynəlxalq təcrübənin öyrədilməsidir. Kurslar nəzəri və təcrübi hissəyə ayrılmaqla praktiki məşğələlər əsasında təşkil edilib.
Kurslara mayın 25-də yekun vurulacaq.