CƏMİYYƏT
Xəbərdarlıq: Dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
![Xəbərdarlıq: Dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq](/files/2024/2/1200x630/17165579405401945019_1200x630.jpg)
Bakı, 24 may, AZƏRTAC
Mayın 25-də günün birinci yarısında, 26-da axşam Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 24-ü gündüzdən 27-dək Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə - Naxçıvan Muxtar Respublikasında, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astarada yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.
Mayın 25-dən 26-sı gündüzədək şərq küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 25-30 metrədək güclənəcəyi gözlənilir.
Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.