İQTİSADİYYAT
Gəncə Gil-Torpaq İstehsalat Sahəsi fəaliyyətini bərpa etmişdir
Gəncə, 25 dekabr (AZƏRTAC). “Azəralüminium” Açıq Səhmdar Cəmiyyətinin tərkibində olan Gəncə Gil-Torpaq İstehsalat Sahəsi uzun fasilədən sonra fəaliyyətini bərpa etmişdir.
Bu barədə AZƏRTAC-a məlumat verən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev demişdir ki, Hindistandan gətirilən boksiddən hazırlanan məhsul MDB-nin üzvü olan ölkələrinə ixrac olunurdu. İstehsal edilən məhsulun satışında yaranan problemlərlə bağlı 2009-cu ildə istehsalat sahəsinin fəaliyyəti dayandırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində müəssisə fəaliyyətini yenidən bərpa etmişdir. Hazırda burada 1400-dən çox işçi çalışır. Yaxın gələcəkdə isə burada 2500 işçinin çalışacağı nəzərdə tutulmuşdur.