GƏNCƏDƏ ASAYİŞ KEŞİKÇİLƏRİ KÖNÜLLÜ QANVERMƏ AKSİYASINA QOŞULMUŞLAR
Ümumdünya hemofiliya və talassemiya günü ilə əlaqədar keçirilən qanvermə aksiyasına Gəncə polis qarnizonunun işçiləri də qoşulmuşlar.
Səhər tezdən Gəncə Regional Qanköçürmə Mərkəzinə gələn asayiş keşikçiləri irsi qan xəstəliklərindən əziyyət çəkən insanları yaşatmaq üçün öz vətəndaşlıq və insanlıq borclarını ləyaqətlə yerinə yetirmişlər.
Şəhər səhiyyə idarəsinin rəisi Mehman Rzayev AZƏRTAC-ın müxbirinə demişdir ki, hazırda respublikamızın qərb regionunda 70 nəfərə yaxın irsi qan xəstəsi qeydiyyatdadır və onlar dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunmuşlar. Lakin həmin xəstələrə hər ay qan lazım olduğunu nəzərə alsaq, onda bəzən donorlara ehtiyac artır.
Sevindirici haldır ki, xəstə insanları yaşatmaq üçün onlara öz qanından “pay” verənlərin sayı ildən-ilə artır. Ömürlərə ömür calamaq işinin müqəddəs əməl olduğunu dərindən dərk edən və bu əməli həyata keçirən polis işçiləri aksiyaya qoşulmaqla sübut etdilər ki, onlar təkcə sağlam insanların deyil, eyni zamanda, xəstələrin də həyatını qorumaq barədə düşünürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]