SİYASƏT
Gəncədə “Gənclər üçün liberal dəyərlər məktəbi” layihəsinə yekun vurulmuşdur
Gəncə, 25 noyabr (AZƏRTAC). Gəncədə “Gənclər üçün liberal dəyərlər məktəbi” layihəsinin yekunlarına həsr olunmuş toplantı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində görülən işlər təhlil edilmiş, respublikamızın qərb bölgəsində yaşayan gənclərlə liberal dəyərlər ətrafında aparılan müzakirələr barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 16-26 yaş arasında olan gənclərə 10 qrupda müxtəlif mövzularda təlimlər keçirilmiş, ixtisaslı təlimçilər 6 həftə ərzində maraqlı mühazirələrlə çıxış etmişlər.
Toplantıda çıxış edən gənclər layihənin maraqla qarşılandığını və səmərə verəcəyinə əmin olduqlarını bildirilmişlər.