CƏMİYYƏT
“Ginekoloji və reproduktiv təbabətin problemləri” adlı elmi-praktik konfrans keçirilib
![](/files/galleryphoto/2022/2/1200x630/16525266494600263581_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1652526649115538743_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16525266492425951301_1200x630.jpg)
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “Organization of Medical Projects” (OMP) şirkətinin birgə əməkdaşlığı ilə “Fetal anomaliyalar” və “Ginekoloji və reproduktiv təbabətin problemləri” adlı elmi-praktik tibb konfransı təşkil olunub.
AZƏRTAC İSİM-ə istinadla bildirir ki, konfransda ginekoloqlar, radioloqlar və digər sahələrdən həkimlər iştirak ediblər. İsrailin və dünyanın ən nüfuzlu tibb mərkəzlərindən olan Şiba Tibb Mərkəzinin mütəxəssislərinin, eləcə də Türkiyə Maternal Fetal Tibb və Perinatoloji Dərnək üzvlərinin və Azərbaycanın aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda ginekoloji və reproduktiv təbabətin aktual problemləri ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb.