CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlanıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Mercedes-Benz 430” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra “Buran” ləqəbli kinoloji xidməti itin tətbiqi ilə avtomobilə gömrük baxışı keçirilib. Xidməti itin reaksiya nəticəsində minik maşınının baqajında və arxa oturacaqların altından 1332 ədəd üzərində “Silver Cracker”, 600 ədəd “Titan-5”, 560 ədəd “EK-3”, 600 ədəd “Big Bang”, 1550 ədəd “Bird egg cragker”, 1332 ədəd “Silver Cracker”, 580 ədəd “Zenga”, 940 ədəd “Mini Triangle” yazılan pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.