Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Görəsən, Azərbaycan Laçın yolunda təmir işlərinə təmir edilən sahədən 1000 kilometr aralıdan başlasa necə olar?

Görəsən, Azərbaycan Laçın yolunda təmir işlərinə təmir edilən sahədən 1000 kilometr aralıdan başlasa necə olar?

Bakı, 21 oktyabr, Pərvanə Qarayeva, AZƏRTAC

Ötən çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan, görünür, feysbukdan sonra tviterin gücünü sınamağı qərara alıb və öz mikrobloqunda Zəngəzur dəhlizi məsələsində tərəflər arasında hələ davam edən fikir ayrılıqlarına həsr edilmiş bir neçə qeyd yerləşdirib. Həmin qeydlərdən biri belə səslənir: “9/11 tarixli üçtərəfli Bəyanatda kimsə #Ermənistan ərazisi barəsində “dəhliz” sözü tapa bilərmi? Əlbəttə, yox! Ümumiyyətlə, 9/11 tarixli üçtərəfli Bəyanatda “dəhliz” sözü varmı? Bəli, var, bu, #Dağlıq Qarabağda Laçın dəhlizi ifadəsidir. Bu, Bəyanatda “dəhliz” sözünün işlədildiyi yeganə haldır”.

Az sonra Paşinyan daha bir qeyd yerləşdirib: “9/11 tarixli üçtərəfli Bəyanatda [Azərbaycanın] qərb rayonları ilə Naxçıvan arasında yeni yol tikilməsi barədə #Ermənistanın birtərəfli öhdəliyi varmı? YOXDUR! Bəs Ermənistan ilə Azərbaycan arasında razılaşma əsasında bu baş tuta bilərmi? BƏLİ! Ermənistan öz qanunvericiliyinə uyğun olaraq bunu etməyə razıdır. Azərbaycan tərəfin müsbət reaksiyası lazımdır”.

Şübhəsiz, bu qeydlərin hər ikisi kütləyə, özü də məhz xarici auditoriyaya hesablanmış söz oyunudur. Biz dəfələrlə yazmışıq ki, ermənilərin regionda kommunikasiyaların açılması prosesini ləngitmək məqsədilə istifadə etdiyi arqumentlər cəfəngiyyatdır. Paşinyanın bu iki postla qarşıya qoyduğu məqsəd kənar oyunçulara özünü “konstruktiv tərəfdaş” rolunda təqdim etmək cəhdindən ibarətdir. Yəni, “görürsünüzmü, mən necə mülayim, necə günahsızam”, İlham Əliyev isə “maksimalist”dir, hər şeyi, hətta Bəyanatda təsbit olunmayanları da istəyir, özü də dərhal”.

Deyəsən, Paşinyan indi öz tvitlərində lovğa-lovğa istinad etdiyi sənədi imzaladığı ərəfədə nə vəziyyətdə olduğunu unudub. Bu sənəddə Paşinyanın hər hansı arzusunun əks olunması şübhə doğurur. O vaxt sözün hər mənasında darmadağın edilmiş Ermənistan rəhbəri o vəziyyətdə və o əhvalda deyildi ki, hansısa sövdələşmə aparsın, istəklərini bildirsin və ya – yox əşi! – hansısa tələblər irəli sürsün. İmzalanan sənəd kapitulyasiya aktı idi, o yalnız Rusiya tərəfinin xahişi ilə, Paşinyanın simasının qalan hissəsini qoruyub saxlamasına bir növ kömək etmək üçün belə adlandırılmamışdı. Kapitulyasiyanı müzakirə etmirlər, onu hansı şəkildə alırlarsa, o şəkildə də qəbul edirlər. Ona görə də bu gün Paşinyanın onun tərtib etmədiyi, amma şanlı Azərbaycan silahının gücü ilə imzalamağa məcbur edildiyi kağızı silkələməsi mənasız görünür. Dünyada hamı başa düşməlidir ki, həmin mətnin həqiqi müəllifi Əliyevdir və həmin sənədin bu və ya digər bəndlərinin mənasını ona izah etməyə ehtiyac yoxdur. Azərbaycan həmin anda istədiklərinin hamısını sənədə daxil edib və o, Ermənistan tərəfindən spekulyasiyalara və “ermənisayaq” interpretasiyalara əl atmadan göstərilmiş bəndlərin hər birini tamamilə yerinə yetirilməsini istəyir. Yeri gəlmişkən, üçtərəfli Bəyanatı yalnız Əliyev şərh edə bilər, çünki bu sənəddə məhz onun tələbləri təsbit olunub. Əliyev onun tam hərbi zəfəri anında onu qane etməyən sənədi təqdim etməzdi və o sənədi imzalamazdı. Buna görə də, əgər Əliyev deyirsə ki, “A” – “A”, “B” isə “B”-dir, deməli, həmin sənədi İrəvanda həyət söhbətgahlarında nərd oynayanlar kimi başqa cür şərh etmək yox, məhz Əliyevin dediyi kimi başa düşmək lazımdır.

Paşinyanın tvitlərinə və onun vəziyyətdən çıxmaq cəhdlərinə gəldikdə isə, bu, açıq-aşkar məğlubiyyət taktikasıdır. Nikol, sən heç nəyə nail olmayacaqsan. Sən öz üzərinə götürdüyün bütün öhdəlikləri yerinə yetirməli olacaqsan. Bu öhdəliklərin yerinə yetirilməsindən yaxa qurtarmaqda sənə heç nə kömək etməyəcək – nə Aİ-nin mülki missiyası, nə Makron ilə tanqo, nə Pekres ilə ça-ça-ça, nə də Lensi Pelosi ilə rok-n-roll. Üçtərəfli Bəyanatın 9-cu bəndində “dəhliz” sözü həqiqətən yoxdur, bu söz həmin sənəddə yalnız Laçın rayonunun ərazisindən keçmək barədə söhbət gedən bəndlərdə işlədilir. Lakin məgər sənə izah etməyiblərmi ki, regionda kommunikasiyaların bərpasının bütün mənası “dəhliz” sözündə cəmləşmir, - dəfələrlə vurğulamışıq ki, bu sözün beynəlxalq səviyyədə qəbul edilmiş, bu gün sənin vəziyyətdən çıxmağına imkan verəcək dəqiq tərifi yoxdur. Üçüncü ərazidən keçməklə bir nöqtədən başqa nöqtəyə hər hansı gediş, - belə bir tərif kimi olmasa da, - sözün hamılıqla qəbul edilmiş mənasında dəhlizdir. Doğrudanmı sənə elə gəlir ki, bu gün sənin yapışmağa cəhd etdiyin məqam vaxtilə sənin kapitulyasiya haqqında aktı tərtib etmiş və onu sənin qarşında qoymuş Əliyevin ağlına gəlməyib? Guya sən həmin məqamı görmüsən, Əliyev isə bunu “nəzərdən qaçırıb”, eləmi?

Bir daha təkrar edirik, Nikol, “dəhliz” sözünün bu gün sənin şıltaqlıq etməyinə imkan verən hər hansı beynəlxalq konvensiyada əks olunmuş, hamılıqla qəbul edilmiş tərifi (məsələn, “qaçqın” termini kimi) yoxdur. Bir halda bu sözün olmaması və digər halda olması heç nəyi nəzərdə tutmur, çünki bu söz sənəddə açar söz deyil. Dünyada beynəlxalq nəqliyyat dəhlizləri (BND) çoxdur, lakin bunların hansı Ermənistanda Laçın dəhlizinin təsəvvür edildiyi kimi “aralıq həyət”dir? Heç biri! Məsələn, TRASEKA BND, “Şimal-Cənub” dəhlizi, Çindən Almaniya Federativ Respublikasına və Çindən Finlandiyaya gedən, iki trekdən ibarət “Şərq-Qərb” BND, “Avropa-Qafqaz-Asiya” dəhlizi, “Qərbi Avropa-Qərbi Çin” dəhlizi var. Onlar hamısı dəhlizlərdir. Lakin bu dəhlizlərin hansında Ermənistanda “Laçın dəhlizi” deyəndə adət etdikləri rejim qüvvədədir? Həm də əslində dəhliz deyil, Azərbaycan ərazisinə giriş olan Laçın dəhlizindən fərqli olaraq bütün bu dəhlizlərdə “üçüncü ölkə” deyilən başqa ölkələrin ərazisi ilə gediş-gəliş nəzərdə tutulur. Məgər Qarabağ “üçüncü ölkə”dir?

Paşinyan “Laçın dəhlizi”nin adını israrla işlədirsə, bəlkə biz də onu başqa dəhlizlərlə uyğunlaşdıraq və Azərbaycana girişi müvafiq qaydada tənzimləyək? Necə deyərlər, dəhliz deyirsiniz – dəhliz olsun. Vasvası Paşinyan göstərə bilərmi, üçtərəfli Bəyanatın hansı hissəsində Laçın dəhlizinin girəcəyində Azərbaycan sərhədində pasport-nəzarət-buraxılış məntəqəsi yaradılmasının yolverilməz olmasından danışılır? Ümumiyyətlə, dünyada mövcud olan dəhlizlərin hansında belə nəzarət-buraxılış məntəqəsi var? Heç birində! Üçtərəfli Bəyanatda yalnız bütün yol boyunca vəziyyətdən bəhs edilir, amma “boğaz hissə” barədə bircə kəlmə də yoxdur. Maraqlıdır, Azərbaycan dövlət sərhədinin bu nöqtəsində öz suverenliyinin bir hissəsindən imtina etmək barədə nə vaxt öhdəlik götürüb? Azərbaycanın xoş məramını “borc” və ya “for granted” kimi başa düşmək lazım deyil.

Buna görə də Paşinyana, habelə onun tvitlərinin ünvanlandığı hər kəsə artıq neçənci dəfə izah etməyə çalışırıq ki, bir halda “dəhliz” sözünün olması və başqa halda bu sözün olmaması heç nəyi nəzərdə tutmur və heç kəs buna görə heç nə etməyə borclu deyil. Dəhliz heç də nəzarətsiz gediş-gəliş demək deyil. Dünyanın heç yerində elə şey yoxdur. Üçtərəfli Bəyanatda da bu barədə bircə kəlmə belə deyilməyib. Paşinyanın sonrakı spekulyasiyaları halında Laçın rayonunun girəcəyində Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin qoyulması, viza rejiminin və gömrük yoxlamalarının tətbiq edilməsi erməni tərəfi tezliklə ayılda bilər. Bu halda dünyada heç kəs Azərbaycanı öz öhdəliklərini yerinə yetirməməkdə təqsirləndirə bilməz. Əks halda, yuxarıda yazdığımız kimi, qoy “dəhliz” termininin tərifi verilmiş beynəlxalq konvensiyanı göstərsinlər. Yoxdur? Yoxun üzü qara olsun!

Paşinyanın ikinci tvitinə gəldikdə, hamıya yaxşı məlumdur ki, SSRİ dövründə Araz sərhəd çayı boyunca Bakıdan Naxçıvana dəmir yolu var idi. Heydər Əliyev işlə əlaqədar Moskvaya köçəndən sonra o, Karen Demirçyanın müqavimət göstərməsinə baxmayaraq, Mincivanı Ordubadla birləşdirən avtomobil yolunun tikilməsi üçün də xeyli səy göstərib. Yolu çəkdilər, lakin o vaxt münaqişə başlanması ilə əlaqədar həmin yola asfalt döşəməyə macal tapmadılar. Hər halda elə bir yol var idi və naxçıvanlılar həmin qısa hissədə toza bata-bata da olsa, o yolla getməyə başlamışdılar. Həmin avtomobil yolunun sonrakı taleyi necə oldu? Eynilə dəmir yolunun taleyi kimi – ermənilər onu yararsız vəziyyətə saldılar. Relslər çıxarıldı və İrana satıldı. Bütün bunları dağıdan kim olub? Deyəcəksiniz, yenə “azərbaycanlılar”? İndi bunları kim bərpa etməlidir?

Söhbət yeni yol tikintisindən yox, mövcud yolların BƏRPASINDAN gedir. Bu, Naxçıvana ən qısa və ən optimal marşrutdur. İndi Paşinyan bunun əleyhinədir. Bunun əvəzinə o, öz ölkəsinin üç nəzarət-buraxılış məntəqəsi tikməyə hazır olduğunu elan edir və öz ölkəsinin suverenliyinə istinad edərək, tamamilə ağlasığmaz marşrutlar təklif edir. Paşinyan, sənin müharibədə alçalmış şəkildə məğlub olmuş ölkənin suverenliyi nəyə görə Azərbaycanın suverenliyindən üstün olmalıdır? Aşkardır ki, heç nəyə görə. Bəlkə biz də Laçın yolunun qısa hissəsində təmir işlərinə başlamağı elan edək və bütün səyahətçilərə yolun təmir olunan hissəsini Qubadlı, Zəngilan, Cəbrayıl, İmişli, Biləsuvar, Cəlilabad, Astara, Salyan, Sumqayıt, Xaçmaz, Ağsu aşırımı, Şəki, Balakən, Yevlax, Qazax, Daşkəsən, Kəlbəcər rayonlarını dövrə vurmaqla Laçın yoluna qayıtmağı təklif edək? Bu halda üçtərəfli Bəyanatın hərfindən və ruhundan əsla yan keçilməyəcək. Əslində Laçın dəhlizi elə budur, çünki Kornidzor tərəfdən giriş məhz Laçın rayonunadır, Şuşa rayonuna giriş isə - hər hansı başqa yerdən deyil, elə həmin Laçın rayonundan həyata keçirilirdi. Buna görə də “Laçın dəhlizi” öz adını dəyişmir. Lakin bir halda ki, Paşinyan mətnləri qurdalamağı xoşlayır, qoy Bəyanatda Laçın rayonundan harayasa kənara çıxmağın yolverilməz olmasını, təmir işlərinin qadağan olunmasını və təmir işlərinin maksimal müddətini göstərən bənd tapsın.

Belə bəndlər varmı? Yoxdur. Nikol, yadında saxla, nəzarət-buraxılış məntəqələri barədə birinci danışan biz olmadıq. Ona görə də nə incimək lazımdır, nə də isterika.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Hacıqabulda kommunikasiya kabelləri oğurlayan şəxs digər cinayət əməlini də etiraf edib

Samuxda oğurluq etməkdə şübhəli bilinən qohumlar saxlanılıb

Paytaxtın bir sıra yollarında sıxlıq yaranıb

Almaniyanın iqtisadiyyat naziri büdcə böhranı səbəbindən iqlim konfransına qatılmayacaq

Gəncədə köşklərdən oğurluq edən şəxs saxlanılıb

İndoneziyada vulkan püskürməsi nəticəsində 11 nəfər ölüb

Qəzzadan təxliyə edilən daha 142 Türkiyə vətəndaşı İstanbula gəlib

Filippində universitetdə baş verən partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb

Qətər Dövləti Qəzza zolağında 3 min yetim uşağa və 1,5 min yaralıya kömək edəcək

Moskva hava limanlarında 70-dən çox reys gecikib, bir çoxu da təxirə salınıb

Son iki gündə Qəzzanı 850-dən çox xarici vətəndaş tərk edib

Muzey Mərkəzdə “Rənglərdə yaşayan ömür” adlı sərgi açılıb

Pentaqon: Qırmızı dənizdə ABŞ hərbi gəmisi və bir çox ticarət gəmisi hücuma məruz qalıb

Moskvada avtomobil zavodunda baş verən yanğın lokallaşdırılıb

BMT Qəzza zolağında yayılan xəstəliklərlə bağlı xəbərdarlıq edib

Monteneqroda əhalinin siyahıyaalınması prosesi başlayıb

Filippin sahillərində növbəti zəlzələ qeydə alınıb

Türkiyə Prezidenti Qətərə gedir

Ciorcia Meloni: Qərbi Balkan ölkələri Aİ-yə qoşulmayanadək Avropanı birlik adlandırmaq olmaz

Azərbaycan dövləti hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğı göstərib

İsrail Qəzzanın cənubunda aktiv hərbi əməliyyatlar keçdiyini açıqlayıb

Musiqili Teatrda Qazaxıstan Mədəniyyət Günləri çərçivəsində "Qaragöz" tamaşası nümayiş olunub

Filarmoniyasında Mariya Kallasın 100 illiyinə həsr olunmuş konsert keçirilib

Bakıda “Disney” studiyasının 100 illiyi qeyd olunub

Vaxtanq Maisaya: Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

Yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı işdən çıxarılıb

Şirvanda küçələrin asfaltlanması işləri görülür

Giorgi Qoqua: Ermənistan Zəngəzur dəhlizinin əhəmiyyətini dərk etmir

Papa Fransisk ənənəvi “Angelus” duasını yenə videobağlantı ilə edib

Saatlı sakini babasından qalmış yivli silahı könüllü olaraq polisə təhvil verib

İtaliyanın Baş naziri Belqradda Serbiya Prezidenti ilə görüşüb

Marneulidə Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş bilik yarışması

COP28 çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı ilə bağlı təqdimat olub YENİLƏNİB

Bəzi beynəlxalq qüvvələr Cənubi Qafqazda münaqişənin yenidən artmasını istəyir - ŞƏRH

Azərbaycanın energetika naziri COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək

Gəncə Dövlət Filarmoniyasında ilk layihə təqdim olunub

Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək

Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq

ABŞ Hind-Sakit Okean regionunda ortamənzilli raketlər yerləşdirəcək

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Lissabon sammitindəki diplomatik uğurumuz tarixi Zəfərimizə dayanıqlı beynəlxalq zəmin yaratdı - ŞƏRH

Filippin sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

Xarici ölkələrdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər

Bəzi dağlıq rayonlarda dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq

Münhen hava limanında 500-dən çox reys təxirə salınıb VİDEO

Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq yarışda 1-ci yeri qazanıb

Sabah paytaxtda şimal-qərb küləyi əsəcək

Aşqabadda keçirilən “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında Azərbaycan da təmsil olunub

Türkiyə vətəndaşlarının Qəzzadan təxliyə işləri bərpa edilib

İcma: BMT-nin xüsusi məruzəçisinin iddialarını kəskin şəkildə pisləyirik

Azərbaycan nümayəndə heyəti Çində Dünya Media Sammitində iştirak edir VİDEO

Qərbi Azərbaycan İcması Fransız-alman Arte kanalında yayımlanan reportajla bağlı bəyanat yayıb

Ukrayna ərazisinə qanadlı raket və kamikadze dronları ilə hücum edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Nəsimi, Səbail və Xətai rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq

“Times of Israel”: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək

Azərbaycan çempionatında 41 komandadan 167 boksçu mübarizə aparacaq

Paraqvaylı deputat təyyarə qəzasında həlak olub

DYP sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə müraciət edib

Bu gün Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür

Nizami rayonunda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB-2

Peruda silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər həlak olub

Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib

Filippin universitetində baş verən partlayışda 3 nəfər ölüb, 40-dan çox yaralı var

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir

Zooloqlar delfinlərin Yerin maqnit sahəsini hiss etdiklərini üzə çıxarıblar

“Toyota” avtomobillərinin yanacaq sistemində ciddi problem aşkarlanıb

İqlimşünaslar bu mövsüm rekord dərəcədə isti qış proqnozlaşdırırlar

Yaşıl Əjdaha ili: 2024-cü ilin Şərq təqvimi nə vəd edir?

Almaniyanın “Rheinmetall” konserni Ukraynada zirehli texnika istehsalına başlayacaq

Filippinin cənubunda “Daula İslamiyyə” qruplaşmasının 11 üzvü öldürülüb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib

Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

ABŞ gələn il orbitə 20-dən çox hərbi məqsədli peykin buraxılmasını planlaşdırır

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi VİDEOREPORTAJ

AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Beynəlxalq Muğam Mərkəzində "HasSak” ansamblının konserti olub

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO

Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir

Həştərxanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin iştirakçıları mükafatlandırılıblar

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib  YENİLƏNİB VİDEO

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub

İtaliya qəzeti: Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var

Filippində 7,5 bal gücündə zəlzələ baş verib

Son 20 il ərzində ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb

Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub

Mikayıl Cabbarov: Azərbaycan istixana qazı emissiyalarının 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir

Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub