CƏMİYYƏT
Göyçay rayonunda ərzaq mağazası yanmışdır
Bakı, 15 avqust (AZƏRTAC). Göyçay rayonunun Ləkçılpaq kəndində ümumi sahəsi 84 kvadratmetr olan ərzaq mağazasında yanğın qeydə alınmışdır.
Hadisə nəticəsində mağaza və içəridə olan ərzaq malları yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əraziyə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını almış, yaxınlıqdakı tikililəri yanğından mühafizə etmişlər.
Xəzər rayonunda isə ümumi sahəsi 56 kvadratmetr olan ikiotaqlı evin mətbəxində məişət əşyaları yanmışdır. Yanğının evə keçməsinin qarşısını almaq mümkün olmuşdur.
Faktlarla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]