Göyçayda fövqəladə hallara hazırlıq müzakirə olunub
Göyçay, 23 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Göyçayda “Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində koordinasiyanın və birgə fəaliyyətin təşkili, eləcə də mövcud problemlər” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin, Göyçay Rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin, eləcə də xidmət rəhbərləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edənlər fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin icrasında qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar. Onlar, həmçinin aidiyyəti qurumların işbirliyinin səmərəliliyinin artırılmasının əhəmiyyətindən danışıblar.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.