CƏMİYYƏT
Göyçayda şagirdlər dini radikalizm barədə maarifləndirilib
![Göyçayda şagirdlər dini radikalizm barədə maarifləndirilib](/files/2022/1/1200x630/1643637281520029840_1200x630.jpg)
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də Göyçay şəhər 2 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, çıxış edənlər bu cür tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırıblar.
Bildirilib ki, dini radikal ideyaların yayılmasının və təbliğinin qarşısını almaq üçün, ilk növbədə, dini maarifləndirməyə böyük önəm verilməlidir. Paytaxtda və bölgələrdə Dövlət Komitəsinin digər müvafiq qurumlarla bu istiqamətdə birgə həyata keçirdiyi işlərin müsbət nəticələr verdiyi vurğulanıb.
Natiqlər, eyni zamanda, cəmiyyəti narahat edən erkən nikah və narkomaniyaya qarşı mübarizənin əhəmiyyətini də qeyd ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.