MƏDƏNİYYƏT
Gözəl təbiəti, zəngin flora və faunası olan bir ölkədə yaşadığımıza görə xoşbəxtik
Gəncə, 23 avqust (AZƏRTAC, Sabir Əliyev). Hamımız yaxşı bilirik ki, qədim tarixi olan Azərbaycan maddi-mədəniyyət abidələri ilə də zəngindir. Yer kürəsindəki 11 iqlimdən 9-nun Vətənimizdə olması o deməkdir ki, biz gözəl təbiəti, zəngin flora və faunası olan bir ölkədə yaşayırıq. Buna görə xoşbəxtik.
”Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu ilə ekskursiyaya gəlməsəydim bəlkə də bu gerçəklik yaddaşımda kitablarda oxuduğum, televiziyada gördüyüm kimi qalacaqdı. Tur-aksiya zamanı bu həqiqətləri öz gözlərimlə gördüm.
Bu sözləri Masallı şəhər 3 nömrəli orta məktəbin IX sinif şagirdi Aydan Seyfullayeva AZƏRTAC-a müsahibəsində dedi. Təşkil olunan tur-aksiyanın şagirdlər üçün faydasından danışan məktəbli daha sonra əlavə etdi ki, qrupumuzun üzləri ilə birlikdə Gəncə ilə yanaşı, Şəmkir və Göygölə də gedəcəyik. Bu isə o deməkdir ki, 4 gün ərzində respublikamızın ikinci böyük şəhəri və qərb bölgəsinin iki rayonu haqqında ətraflı məlumatımız olacaq.