GÜCLÜ KÜLƏK ŞƏKİ-ZAQATALA BÖLGƏSİNƏ XEYLİ ZİYAN VURMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mayın 29-da axşam saatlarında baş vermiş güclü külək-qasırğa nəticəsində respublikanın şimal-qərb bölgəsi rayonlarında fərdi və ictimai tikililərə, elektrik və rabitə xətlərinə, əkin sahələrinə, vətəndaşların şəxsi təsərrüfatlarına xeyli ziyan dəymişdir.
Şəki Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, qasırğa nəticəsində Şəki şəhərində yaşayış evlərinin və ictimai binaların dam örtükləri zədələnmiş, ağaclar qırılmış, elektrik dirəkləri aşmışdır. Şəhərdə və rayonun kəndlərində təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür, dəymiş ziyanın həcmi müəyyənləşdirilir.
Digər rayonların fövqəladə hallar komissiyalarından verilən məlumata görə, güclü külək nəticəsində Qax şəhərində, Balakən şəhərində və rayonun Kortala, Gərəkli kəndlərində, Qabaqçöl ərazisində, Oğuz şəhərində və bu rayonun Yaqublu, Zərrab kəndlərində fərdi tikililərə, elektrik və rabitə xətlərinə müəyyən ziyan dəymişdir. Bu rayonların əksər yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində çətinliklər yaranmışdır.
Baş vermiş təbii fəlakətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinə ilkin məlumatlar göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]