SİYASƏT
Gürcüstan KİV-lərində Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi biabırçı qanun qətiyyətlə pislənilir
Tbilisi, 25 dekabr (AZƏRTAC). Fransa Milli Assambleyası tərəfindən qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qəbul edilmiş qanun Gürcüstan KİV-lərində qətiyyətlə pislənilir.
Gürcüstan mediasında türk dünyasının, o cümlədən Azərbaycanın bu biabırçı qanuna münasibətini əks etdirən xəbərlər yer almışdır. Ölkə KİV-lərində bu ədalətsiz qanunun qəbuluna Azərbaycanın Xarici İşlər Nazirliyinin, Türkiyə rəsmilərinin kəskin münasibəti, Türkiyənin Parisdəki səfirini geri çağırması və Fransa ilə bütün sahələrdə münasibətlərə yenidən baxılması məsələsi, Fransanın iştirak edəcəyi hərbi təlimlərə Türkiyənin qatılmayacağına dair bəyanatlar geniş işıqlandırılmışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi