RƏSMİ XRONİKA
GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZE İLƏ AŞPA SƏDRİNİN MÜAVİNİ VƏ BÜRO ÜZVÜ İLHAM ƏLİYEV ARASINDA TELEFON DANIŞIĞI OLMUŞDUR
Gürcüstanın Bakıdakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, avqustun 1-də Prezident Eduard Şevardnadze ilə AŞPA sədrinin müavini və Büro üzvü İlham Əliyev arasında telefon danışığı olmuşdur.
Cənab Şevardnadze Azərbaycan Prezidenti Heydər Əliyevi şəxsən narahat etmək istəmədiyini bildirərək, dövlətimizin başçısının səhhəti ilə ətraflı maraqlanmışdır.
İlham Əliyev Gürcüstan Prezidentinə minnətdarlığını bildirmiş, Prezident Heydər Əliyevin səhhətinin normal olduğunu, müayinə və müalicə prosesinin davam etdiyini söyləmişdir.
Prezident Eduard Şevardnadze əziz dostu, Azərbaycan Prezidenti Heydər Əliyevə cansağlığı diləmiş və onun tezliklə sağalıb Vətənə qayıdacağına ümidvar olduğunu vurğulamışdır.