Gürcüstanda 9 Aprel faciəsinin ildönümü qeyd edilmişdir
Tbilisi, 9 aprel (AZƏRTAC). Gürcüstanda 1989-cu il aprelin 9-da baş vermiş faciənin 24-cü ildönümü qeyd olunmuşdur.
Baş nazir Bidzina İvanişvili, hökumətin və parlamentin üzvləri, siyasi partiyaların liderləri, ictimaiyyətin nümayəndələri Tbilisinin mərkəzində - Rustaveli prospektində 9 Aprel faciəsi qurbanlarının xatirəsinə ucaldılmış memorialın önünə gül-çiçək düzmüşlər.
Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze demişdir ki, ölkənin müstəqilliyi uğrunda şəhid olanların arzularının tam yerinə yetirilməsi üçün hər şeyi etməliyik.
Daxili işlər naziri İrakli Qaribaşvili isə 9 Aprelin gürcü xalqının ləyaqətinin, azadlığının qorunması imkanının nümayişi və Gürcüstan tarixinin şərəfli səhifəsi olduğunu vurğulamışdır.
Tbilisidə parlamentin binası qarşısında 1989-cu il aprelin 4-də Gürcüstanın müstəqilliyi uğrunda başlanmış dinc aksiya sovet qoşunları tərəfindən aprelin 9-da dağıdılmış və aksiya iştirakçılarından 21 nəfəri qətlə yetirilmiş, yüzlərlə adam hələ də tərkibi müəyyən edilməmiş qazdan zəhərlənmişdir.
Faciədən iki il sonra-1991-ci il aprelin 9-da Gürcüstan Ali Soveti ölkənin müstəqilliyini elan etmişdir.
Aprelin 9-u ölkədə qeyri-iş günü elan olunmuşdur.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2026 [20:53]
Almaniyada avtomobil məktəbliləri vurub, iki uşaq həlak olub
- 27.05.2026 [20:31]
Tramp: İran razılığa gəlməyi çox istəyir
- 27.05.2026 [16:20]
Avropada Ebola virusu ilə bağlı nəzarət tədbirləri gücləndirilir
- 27.05.2026 [06:30]
Düşənbədə su gündəliyinin əsas məsələlərinə həsr olunmuş tematik sessiyalar
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]