Gürcüstanda əmək miqrasiyası ilə bağlı yeni qanun hazırlanıb
Tbilisi, 14 fevral, AZƏRTAC
Gürcüstanda əmək miqrasiyası ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Artıq parlamentin müzakirəsinə təqdim olunan layihədə əsasən xarici ölkə vətəndaşlarının Gürcüstanda işlə təmin olunmasına məhdudiyyətlərin tətbiqi məsələsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, layihə Gürcüstanın Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanıb.
Qanunun qəbulu hökumətə konkret istiqamətlər üzrə xarici ölkə vətəndaşlarının işlə təminatına məhdudiyyətlər tətbiq etməyə imkan verəcək. Hələlik konkret peşə istiqamətləri müəyyən olunmayıb. Lakin əsasən yüngül və az əməkhaqqı olan sahələr nəzərdə tutulub.
Bununla yanaşı, yüksəkixtisaslı xarici ölkə vətəndaşlarının ölkəyə cəlb olunması üçün də proqramların hazırlanması planlaşdırılır.
Qeyd edək ki, son illər Ukrayna və Rusiyadan olan miqrantlar Gürcüstanın əmək bazarında daha ucuz işçi qüvvəsi hesab olunur. Miqrantlar daha ucuz işlərə razı olduqları üçün hazırda ölkə vətəndaşları arasında işsizlərin sayı xeyli artıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]