Gürcüstanın Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri Fazil Həsənovdan
Hörmətli İlham Heydər oğlu,
Sizi - dövrümüzün görkəmli siyasi xadimini ad gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və şərəfli vəzifənizdə uğurlar diləyirik.
Cənab Prezident, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq ideyalarının təbliği, milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, milli kimliyin dərki, transmilli layihələrin həyata keçirilməsi kimi tarixi qərarlarının Sizin - XXI əsrin mahir siyasi xadimi tərəfindən doğma Azərbaycanımızın qüdrəti və parlaq gələcəyi naminə qətiyyətlə həyata keçirilməsi bütün dünya azərbaycanlıları kimi, Gürcüstan azərbaycanlılarını da qürurlandırır və sonsuz sevinc bəxş edir. Biz yaşadığımız ölkədə ümumi mənafe baxımından yüksək intellekt, milli təəssübkeşlik və ictimai fəallıqla “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” şüarını əldə rəhbər tutaraq onu doğrultmağa və Gürcüstanın layiqli vətəndaşları olmağa, hər iki qardaş xalq arasında hüsn-rəğbət yaratmağa çalışırıq.
Əziz İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, milli Vətənimizin dünya birliyi ölkələri arasında sanballı söz sahibinə çevrilməsi, canımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və parlaq gələcəyi, xalqımızın firavan həyatı naminə səylərinizdə uca Tanrıdan Sizə yar olmasını diləyir, bu xoş fürsətdən istifadə edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ən xoş arzularımızı bildirməkdən məmnunluq duyuruq.
Hörmətlə,
Fazil Həsənov
Gürcüstanın Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri