GÜRCÜSTANIN MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI PARLAMENTƏ SEÇKİLƏRİN İLKİN RƏSMİ NƏTİCƏLƏRİNİ ELAN ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 23-də Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 6-cı çağırış parlamentə mayın 21-də keçirilmiş seçkilərin ilkin rəsmi nəticələrini elan etmişdir.
MSK-nın mətbuat xidmətinin rəhbəri Zurab Kackaçişvili seçkilərin keçirilməsi prosesi ilə məşğul olan 50 min nəfərə və mülki reyestr agentliyinin əməkdaşlarına səmərəli xidmətlərinə görə təşəkkür etmiş, beynəlxalq və yerli təşkilatlardan olan müşahidəçilərin fəallığı sayəsində seçki prosesində irəliləyişlərə nail olunduğunu vurğulamışdır. Z.Kackaçişvili bildirmişdir ki, ilkin rəsmi məlumata görə, hakim partiya seçicilərin səsinin 59,48 faizini qazanaraq birinci yerdədir. İkinci yerdə olan birləşmiş müxalifətin blokuna seçicilərin 17,69, üçüncü yerdə olan Xristian-Demokrat Hərəkatına 8,26, dördüncü yerdə olan Leyboristlər Partiyasına 7,55 faiz səs vermişlər.
Z.Kackaçişvili demişdir ki, majoritar sistem üzrə seçkilərdə də hakim partiya qalibdir. Onların namizədlərinin 71 nəfəri majoritar sistem üzrə deputat seçilmişdir. Bu sistem üzrə qalan 4 yeri isə müvafiq olaraq birləşmiş müxalifət (2 deputat), Respublikaçılar Partiyası (2 deputat) bölüşmüşlər.
Beləliklə, 6-cı çağırış Gürcüstan parlamentində 5 faizlik seçki maneəsini dəf edən 4 partiya təmsil olunacaqdır ki, onlardan da 3-ü müxalifətdir. MSK qanun pozuntularına yol verildiyinə görə 15 seçki məntəqəsində seçkilərin nəticələrini ləğv etmişdir.
Gürcüstan Prezidenti Mixail Saakaşvili bütün siyasi qüvvələri gürcü xalqının iradəsinə hörmət etməyə çağırmışdır. Prezident parlament fraksiyalarının hamısı ilə səmərəli əməkdaşlığa hazır olduğunu demişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]