Gürsel Baran: Rəsmi Bakı ilə Ankaranın bir çox sahələrdə əməkdaşlıq imkanları mövcuddur
Bakı, 23 aprel, Elvin Camalov, AZƏRTAC
Rəsmi Bakı ilə Ankaranın bir çox sahələrdə əməkdaşlıq imkanları mövcuddur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ankara Ticarət Palatasının sədri Gürsel Baran deyib.
O bildirib ki, paytaxt Ankara Türkiyənin əsas nəqliyyat mərkəzlərindən biridir. Buna görə də, Ankaradan xarici ölkələrə və əks istiqamətdə aviareyslərin sayını artırmaq qarşıdakı mühüm vəzifələrdəndir. Artıq Türk Hava Yollarının Ankara-Bakı-Ankara reysi fəaliyyətə başlayıb. Bu reyslər turizm və iqtisadi cəhətdən də iki ölkə üçün yeni imkanlar yaradacaq.
G.Baran qeyd edib ki, Ankara müdafiə sənayesinə görə dünyada əsas yerlərdən birini tutur. Bundan başqa, səhiyyə turizminə, böyük sərgi və konfransların keçirilməsinə görə də üstün mövqeyə sahibdir: “Rəsmi Ankara ilə Bakı arasında ən çox təhsil sahəsinə diqqət yetirilməlidir. Azərbaycan müstəqillik elan etdikdən bu günə qədər 125 min azərbaycanlı tələbə Türkiyədə təhsil alıb. Hazırda isə 15 min tələbə təhsilini davam etdirir. Bu sayı daha da artırmaq mümkündür. Ümumiyyətlə Ankara-Bakı aviareysi açıldığı üçün iki qardaş ölkə arasında iqtisadi sahədə daha çox layihələr həyata keçirmək olar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]