İQTİSADİYYAT
Hacıqabul rayonunun Nəvai kəndinə ikiillik fasilədən sonra təbii qazın verilməsi bərpa edilmişdir
Hacıqabul, 25 dekabr (AZƏRTAC). Hacıqabul rayonunun Nəvai kəndinə ikiillik fasilədən sonra təbii qazın verilməsi bərpa edilmişdir.
AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə kənddə 250 evə təbii qaz verilmiş, 443 evdə isə fərdi tənzimləyici və “Smart” tipli qaz sayğacları quraşdırılmışdır.
İnşaatçılar Rəncbər kəndində yerləşən qaz paylayıcı stansiyasından Nəvai kəndinə 7 kilometr 351 metr uzunluğunda daşıyıcı, kəndin daxilində isə 33 min 500 metr müxtəlif diametrli polietilen qaz boruları çəkmişlər.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov, “Azəriqaz” İstehsalat Birliyinin tikinti şöbəsinin rəisi Mehman İsmayılov, kəndin ağsaqqalları və ictimaiyyətin nümayəndələri qarşıdan gələn əlamətdar günlər - Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində onlara sevinc bəxş edən Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]