SİYASƏT
Hamad əl-Həcri: Bakı konfransı uşaq hüquqlarının qorunmasına, urbanizasiya ilə bağlı problemlərin həllinə mühüm töhfə verəcəkdir
![Hamad əl-Həcri: Bakı konfransı uşaq hüquqlarının qorunmasına, urbanizasiya ilə bağlı problemlərin həllinə mühüm töhfə verəcəkdir](/files/2013/3/1200x630/1407145121493391560_1200x630.jpg)
Bakı, 11 noyabr (AZƏRTAC). İSESCO-ya üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransı uşaq hüquqlarının qorunmasına və urbanizasiya ilə bağlı problemlərin həllinə mühüm töhfə verəcəkdir. Konfrans yüksək səviyyədə təşkil edilmişdir. Buna görə Azərbaycan Hökumətinə, xüsusilə tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirik.
Bu sözləri konfransda iştirak edən Qətər Dövlətinin Ailə Məsələləri üzrə Ali Şurasının baş katibi Hamad əl-Həcri AZƏRTAC-a müsahibəsində demişdir.
Hamad əl-Həcri bildirmişdir ki, uşaq hüquqlarının müdafiəsi, uşaqların əsl şəxsiyyət və vətəndaş kimi formalaşması hər bir ölkənin qarşısında duran ən vacib vəzifələrindən biridir. Bu istiqamətdə problemlərin aradan qaldırılması üçün konkret proqramlar işlənib hazırlanmalı, birgə səylər göstərilməlidir.
Baş katib Azərbaycanda uşaqlara yüksək diqqət və qayğı göstərilməsinin təqdirəlayiq olduğunu vurğulamışdır. O əlavə etmişdir ki, Azərbaycanın dövlət uşaq siyasəti bir çox dünya ölkələrinə nümunə olacaq səviyyədədir.