Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hələ nə həsrət bitib, nə də arzular...

Hələ nə həsrət bitib, nə də arzular...

Bakı, 7 mart, AZƏRTAC

Elvin doğma yurd-yuvasından didərgin düşəndə cəmi iki yaşı var idi. Ona dünyaya göz açdığı ata yurdunu, dağlar və meşələrlə əhatə olunmuş füsunkar Səməd Vurğun kəndini addım-addım, qarış-qarış gəzmək qismət olmayıb. Ailəsi ilə birgə Qərbi Azərbaycanın Karvansaray rayonundan deportasiya olunub. 6-7 yaşı olanda Qarabağ və ətraf rayonların işğal olunması, iki əmisinin Birinci Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucalması elə lap erkən yaşlarından onda düşmənə nifrət hissi formalaşdırmağa başlayıb. Böyüdükcə içindəki intiqam hissi də böyüyüb. Onun qəlbində çağlayan intiqam hissini isə yalnız düşmənlə üzbəüz döyüşüb ona layiqli cavab verməklə soyutmaq olardı. Ona görə də Elvin lap kiçik yaşlarından hərbçi olmaq, Vətən qarşısındakı övladlıq borcunu bu yolla yerinə yetirmək qənaətinə gəlmişdi. Hərbi xidmətdə olarkən xüsusi təyinatlı qüvvələrin kursunu uğurla başa vuraraq elit qüvvələrin mənsubu kimi xidmətə başlayıb. Vətən müharibəsi başlayanda isə ön sıralarda döyüşən Elvin Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak edib. Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsi ətrafında hərbi əməliyyat zamanı ağır yaralansa da, 18 saat döyüş meydanını tərk etməyib. Daxili qanaxma təhlükəsi nəticəsində gizir döyüş bölgəsindən təxliyə edilib və bir müddət sonra tərxis olunub.

İndi Vətən müharibəsinin cəsur döyüşçüsünün sinəsini “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Vətən müharibəsi iştirakçısı” medalları bəzəyir.

Ehtiyatda olan xüsusi təyinatlı qüvvələr mənsubu, üçüncü qrup müharibə əlili Elvin Vəliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Rayonumuz, kəndimiz haqqında valideynlərimdən, böyüklərdən eşitmişəm. Əhalisi əsasən heyvandarlıq və əkinçiliklə məşğul olub. Kəndin əvvəlki adı Haqqıxlı imiş. Xalqımızın sevimli şairi Səməd Vurğun hər il kəndimizin ətrafındakı meşəyə ova gələrmiş. Səməd Vurğun dünyasını dəyişəndən sonra onun xatirəsinə ehtiram əlaməti olaraq kəndimizə onun adını veriblər. Çox istəyərdim ki, şəxsiyyət vəsiqəmdə doğulduğum yer Qərbi Azərbaycanın Karvansaray rayonu, Səməd Vurğun kəndi olaraq qeyd edilsin.

Vətən dərdi, yurd itkisi çox ağırdır. Doğma yurdundan didərgin düşənlərin nələr çəkdiyini çox gözəl başa düşürəm. Yurdunu itirənlər elə bil bu itki ilə bərabər öz uşaqlıqlarını, gənclik və yeniyetməlik illərini, eləcə də keçmişini, ata-babalarının müqəddəs məzarlarını, ziyarətgahlarını itirirlər. Doğma olanı itirmək həmişə göynərtilidir. Hər dəfə yada düşəndə adamın ərşi-kürşü yanır. Ötən əsrin 80-ci illərinin axırları və 90-cı illərin əvvəlləri xalqımız üçün çox ağrılı-acılı hadisələrlə üzləşdik. Deportasiya, bir-birinin ardınca Qarabağın rayonlarının işğalı, Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə igidlərin itkisi, evsiz-eşiksiz qalan sakinlərin çöllərə düşməsi, çadırlarda yaşaması... Bunların hamısı o dövrün gənclərinin, həmin hadisələrin şahidlərinin qəlbində silinməz-pozulmaz izlər qoydu. Həmin dövrdə ölkədə olan hərc-mərclik, nizami ordu quruculuğunun olmaması, başıpozuqluq halları az qala gələcəyə olan ümid hissini də yoxa çıxarmışdı. Həmin ağır günlərdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev kimi müdrik və uzaqgörən rəhbərin ölkənin sükanı arxasına keçməsi çox böyük hadisə idi. Bir neçə il davam edən bədgümanlıq, inamsızlıq hisslərindən sonra insanlarda yavaş-yavaş ümid qığılcımları yaranmağa başladı. Ümummilli Liderin rəhbərliyi dövründə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər, sonrakı illərdə həmin siyasi kursun layiqli davamçısı İlham Əliyevin başçılığı ilə bu sahədə ardıcıl işlərin görülməsi Azərbaycan Milli Ordusunu, onun döyüş qabiliyyətini gücləndirdi. Onun ilk nəticələri özünü 2016-cı ilin Aprel döyüşlərində göstərdi. Bundan bir neçə il sonra Tovuz döyüşləri, həmin ilin sentyabrında Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər uzun illərdən bəri xalqımızın qövr edən yarasına məlhəm kimi təsir etdi. 2020-ci ilin payızında 44 gün ərzində qazanılan Qələbə müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Artıq həmin Zəfər günlərindən iki ildən artıq vaxt keçib. Düşmən işğalından azad edilmiş Qarabağ torpağı rahat nəfəs alır, bölgələrdə infrastruktur layihələri həyata keçirilir, abadlıq, tikinti quruculuq işləri gündən-günə yeni vüsət alır. Doğma Qarabağ indi özünün əsl sahibinə qovuşub, bununla yanaşı, Zəngəzur dəhlizinin açılmasını, Qərbi Azərbaycana qayıdışı da böyük ümidlərlə gözləyirik”.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan Vətən müharibəsi iştirakçısı söhbətini belə yekunlaşdırıb: “Vətən bütöv olanda, bir olanda gözəldir. Şükür ki, biz indi bu yoldayıq. 30 il əvvəl bizə xəyal kimi gələnlər indi gerçəyə çevrilib. Bugünkü arzularımızın da həqiqətə çevriləcəyi indi heç kəsdə şübhə doğurmur. O günlər naminə yaşamaq, işləməyə və mübarizə aparmağa dəyər...”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neftin qiyməti artıb

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb