İDMAN
Həmyerlilərimiz Murmanskda turnirdə müvəffəqiyyətlə çıxış etmişlər
Bakı, 26 dekabr (AZƏRTAC). Murmanskda kikboksinq üzrə açıq şəhər turniri keçirilmişdir. Turnirdə həmyerlilərimiz də iştirak etmişlər. Murmanskın ilk meri Oleq Naydenovun xatirəsinə həsr edilmiş turnir doqquzuncu dəfə keçirilmişdir.
Həmkarlar ittifaqlarının Mərkəzi stadionunun idman sarayının rinqinə murmansklılarla yanaşı, həm də müxtəlif şəhər və qəsəbələrdən olan gənc və yaşlı idmançılar - cəmi 84 döyüşçü çıxmışdır. Ən balaca iştirakçının yeddi yaşı yenicə tamam olmuşdur.
1998-1999-cu il təvəllüdlü yeniyetmələrin yarışında qaliblər arasında həmyerlilərimiz - Murmanskdan Zamiq Ağayev (54 kiloqramadək) və Kola qəsəbəsindən Ataş Yusibov da (60 kiloqramadək) olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [21:08]
Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb
- 27.06.2024 [20:20]
Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb
- 27.06.2024 [18:48]
Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb
- 27.06.2024 [17:43]
Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi
- 27.06.2024 [16:23]
“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib
- 27.06.2024 [15:16]