HEYDƏR ƏLİYEV İRSİ GƏLƏCƏK NƏSİLLƏR ÜÇÜN XƏZİNƏDİR
AZƏRTAC xəbər verir ki mayın 1-də Beynəlxalq Mətbuat Mərkəzində “Qafqaz Media” İctimai Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev irsi örnəkdir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səslənmişdir.
İctimai Birliyin sədri Azadə Taleh Abbasqızı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti, ölkəmizin inkişafı naminə göstərdiyi xidmətlərdən danışmışdır. O, bildirmişdir ki, demokratik cəmiyyət quruculuğunda kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirən ümummilli liderimiz ölkəmizdə azad sözün və mətbuatın əsasını qoymuşdur.
Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev və başqaları çıxış edərək unudulmaz şəxsiyyətin Azərbaycanın müstəqil dövlət kimi tanınmasında, milli mətbuatın inkişafında misilsiz xidmətlərindən söz açmışlar. Natiqlər vurğulamışlar ki, ümummilli lideri Heydər Əliyevin çox çətin bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan həqiqətləri beynəlxalq aləmə çatdırılmışdır.
Tədbirdə bildirilmişdir ki, Heydər Əliyev irsi gələcək nəsillər üçün xəzinədir.
Xalq artisti Məleykə Əsədova ulu öndərə həsr olunmuş şeir söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]