Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Heydər Əliyev Mərkəzində məşhur “Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisi açılıb
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Heydər Əliyev Mərkəzində dünyanın məşhur sərgilərindən olan və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan “Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisinin açılış mərasimi keçirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Arzu Əliyeva və “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimini izləmək üçün paytaxtımıza gələn Monako knyazı, Qreys Kellinin oğlu, Monako Şahzadəsi II Albert iştirak ediblər.

Birinci Avropa Oyunları zamanı şəhərimizin sakinləri və çoxsaylı qonaqları üçün növbəti hədiyyə Heydər Əliyev Mərkəzində bütün dünyada ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan “Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisinin təşkil edilməsi oldu.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində xarici ölkələrdən Bakıya səfər edən tanınmış ictimai-siyasi və idman xadimləri ilə görüşdü.

Mehriban Əliyeva və II Albert sərginin açılışını bildirən rəmzi lenti kəsdilər.

Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar və Monako Şahzadəsi II Albert sərgi ilə tanış oldular.

Azərbaycanda ilk dəfə keçirilən bu nadir sərgi tanınmış Hollivud aktrisası və Monako şahzadəsi Qreys Kellinin həyat yoluna həsr olunub.

Heydər Əliyev Mərkəzindəki sərgi premyera ilə də yadda qalacaq. Bakı tamaşaçılarına ümumilikdə 200-dən artıq eksponat təqdim edilir. Bu eksponatlar sırasında həyatını avtomobil qəzasında itirən şahzadənin sevimli avtomobilləri də var. Onlar ilk dəfə məhz Bakıda nümayiş olunur. Sərgidə Qreys Kellinin müxtəlif filmlərdə çəkiliş zamanı, eləcə də Monako şahzadəsi olduqdan sonra mərasimlərə geyindiyi libasları, onların hazırlanması tarixçəsi, həmçinin bu geyimlərlə bağlı maraqlı faktlar izləyicilərə çatdırılır. Qreys Kelliyə məxsus aksessuarlar sırasında onun sevimli ayaqqabıları, boyunbağıları, əlcəkləri, çantaları var. Sərgidəki libaslar, Qreys Kellinin geyimləri və aksessuarlar onun milyonların sevimlisinə və kumirinə çevrilməsinə səbəb olan xarakterini bir daha açmağa imkan verir. Bir vaxtlar Qreys Kellinin “Mən köhnə paltarlarıma köhnə dostlarım kimi sədaqətliyəm” sözləri qəzet və jurnallarda sitata çevrilmişdi. Sərgi bu sözlərin müəllifi Qreys Kellinin timsalında sadəlik və stil ikonası olmağın sirlərini öyrənməyə imkan verir.

“Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib. Bundan sonra ekspozisiya Paris, Moskva, Roma, San-Paulo, Toronto, Bendiqo, Astana, Monreal, Doylestaun və Apeldorn şəhərlərində təqdim olunub.

Qreys Kelli Hollivudun məşhur kino ulduzlarından olub. O, 1951-1956-cı illərdə Qari Kuperlə birlikdə çəkildiyi “Günorta çağı” filmi daxil olmaqla 11 ekran əsərində rol alıb. Qreys Kelli tanınmış rejissor Alfred Hiçkokun sevimli aktrisası idi. A.Hiçkok gözəl aktrisanı bir neçə filmində baş rola çəkib. Qreys Kelli “Kənd qızı” filmində yaratdığı obraza görə “Oskar” mükafatına layiq görülüb. O, həmçinin iki dəfə “Qızıl qlobus” mükafatını qazanıb. 1955-ci ildə Kann Film Festivalı zamanı Monako knyazı III Renye ilə tanışlığı isə onun həyatının axarını dəyişdirib. Qreys Kelli bu tanışlıqdan bir il sonra III Renye ilə evlənərək kino karyerasına son qoyub. Üç övlad anası olan şahzadə Qreys ictimai fəaliyyətlə, xeyriyyəçiliklə məşğul olub. Həm aktrisalıq, həm də Monako şahzadəsi olduğu dövrlərdə özünəməxsus tərzinə, mükəmməl geyim zövqünə görə diqqəti cəlb edib.

Heydər Əliyev Mərkəzindəki bu sərgi ziyarətçilər üçün iyunun 13-dən noyabrın 1-dək açıq olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbi xidmətə çağırış sahəsində qanun pozuntularına yol verən şəxslər barədə cinayət işləri məhkəməyə göndərilib

“Qafqazda seysmik təhlükə yenilikləri və müasir mühəndislik təcrübələrinin nəticələri” mövzusunda beynəlxalq konfrans işə başlayıb

30 ildən sonra nəşi tapılan şəhidlər Ağdamda torpağa tapşırılıb

“Qayalar üzərində tarix” - açıq dərs

İsmayıllıda südlük istiqamətli heyvandarlığın inkişafı üzrə güzəştli kredit verilib

Türkiyədə dövlət təyinatlı xərclərin səmərəliliyilə bağlı qənaət paketi qəbul edilib

Kazan Forumu Rusiyanın İƏT ölkələri ilə əlaqələrinə həsr olunacaq

Azərbaycan Premyer Liqasında mövsümün sonuncu turunun oyun cədvəli açıqlanıb

Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb

Türkiyə Prezidenti Dünya İslam Alimlərinin Məşvərət Toplantısının iştirakçıları ilə görüşüb

Asiya Qadınlar Forumunda Azərbaycan cəmiyyətində qadınların rolu barədə məlumat verilib

Tədqiqat: Fasiləli oruc tutmaq qaraciyər xərçənginin qarşısını ala bilər

Ukrayna terror aktı hazırlayan Rusiya agentlərinin saxlanıldığını bildirib

Azərbaycanda quş qripinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb

® Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qalıb

Azərbaycan samboçuları Avropa çempionatını 10 medalla başa vurublar

Türkiyədə dövlət müəssisələri üçün tətbiqi nəzərdə tutulan qənaət paketi açıqlanıb

Milli Məclisin deputatları Şimali Kipr Türk Respublikasının banilərinin xatirəsini yad ediblər

® “AccessBank” regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada

Beynəlxalq qonaqlar “ASAN xidmət”in həyata keçirdiyi fəaliyyət barədə məlumatlandırılıb

BDU ilə Karlov Universiteti arasında biotexnoloji tədqiqatlar müzakirə edilib

Qərbi Azərbaycanda yeni türk əlifbasına keçid - Araşdırma

DİM: Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 143 nəfər uğur qazanıb

Aqrar Sığorta Fondunda Pambıq İstehsalçıları Assosiasiyası ilə görüş keçirilib

Qvatemala ilə Meksika sərhədində 6,7 maqnitudalı zəlzələ olub

AFFA Gənclər Liqasında mövsümə yekun vurulub

Milli Məclisin Elm və təhsil komitəsinin iclası olub

Ötən il kibercinayətlər Almaniyaya 205,9 milyard avro zərər vurub

AzMİU-da keçiriləcək karyera sərgisində 80-dək dövlət və özəl müəssisə iştirak edəcək

Paytaxtın Nizami rayonunda ağacların kəsilməsi faktı təsdiqini tapıb

Qərbi Kanadada meşə yanğınları şiddətlənib

Şəki teatrında “Kuraj ana və uşaqları” tamaşasına ictimai baxış olub

Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib VİDEO

İstehlak bazarında qiymətlər açıqlanıb

Azərbaycan Premyer Liqasında mükafatlandırma mərasiminin yeri və vaxtı bəlli olub

Kataloniyada müstəqillik tərəfdarları seçkilərdə məğlub olublar

Aslan Kərimov: Premyer Liqada 10 komandadansa, 12 klubun olması daha məntiqlidir

Prezident İlham Əliyev Millətlər Birliyi təşkilatının baş katibini qəbul edib  YENİLƏNİB VİDEO

Qazaxıstan Ümumdünya Köçəri Oyunlarının proqramını ixtisar edib

Pakistan nümayəndə heyətinin Əfqanıstana səfəri ləğv olunub

Azərbaycan Basketbol Liqasında final oyunlarının təqvimi açıqlanıb

Otuz il öncə itkin düşən şəhid Siyavuş İsmayılovun nəşinin qalıqları İmişlidə torpağa tapşırılıb VİDEO

“Azərbaycanı tanıyaq, tanıdaq” - ümumməktəb festivalı

Azərbaycanda İİV-lə yaşayan şəxslərin sayı açıqlanıb

RAGB-nin VII Universiadası çərçivəsində minifutbol üzrə turnir keçirilib

Bu il Azərbaycanda 46 uşaq övladlığa verilib

Arif Əsədov milli komandaya görə başqa təklifdən imtina edib

“Qarabağın incisi Şuşa” kitabı Bosniya və Herseqovinada nəşr olunub

Bir sıra birinci instansiya məhkəmələrinin hakimləri təyin edilib SƏRƏNCAM

Sabahın hava proqnozu: Yağış yağacaq, dolu düşəcək

Ailə üzvlərini öldürməkdə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat başlanılıb

Azərbaycan I Liqasında ilk dəfə VAR sistemi tətbiq olunacaq

Bu ilin dörd ayında informasiya və rabitə sektoru üzrə gəlirlər 13 faiz artıb

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

Ağcabədi rayonunda Hərbi Prokurorluq və Müdafiə Nazirliyi birgə tədbir keçirib

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Avropa Parlamentinin nümayəndəsi Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan qida təhlükəsizliyi sistemlərinin qarşılıqlı tanınması üçün Latviyaya müraciət edib

Misir nümayəndələri İsrail tərəfi ilə görüşləri ləğv edib

Azərbaycanda 21 milyard manatdan çox sənaye məhsulu istehsal edilib

ANAMA: Ötən həftə 358 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında ƏSASNAMƏ

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ümumdünya Səhiyyə Təşkilatının eksperti Azərbaycan tibb işçilərinə İİV/QİÇS epidemiyasının dayandırılması mövzusunda təlim keçir

İndoneziyada vulkan püskürməsi baş verib

PISA üzrə II ICESCO Nazirlər Konfransı işini davam etdirir

İkiqat Avropa çempionu: Cəmi üç idmançı ilə qatıldığımız yarışda tarix yazdıq

Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndələri BMT-nin baş qərargahında olublar

Donuz böyrəyi köçürülən ABŞ vətəndaşı iki ay sonra vəfat edib

“Qadınlar və yollar. Özünə gedən yol” layihəsinə dair dəyirmi masa və mətbuat konfransı keçirilib

İslandiyada havadan karbon qazını ayıran ən iri qurğu işə salınacaq

"Barselona"nın sabiq futbolçusu özünün anlaşdığı kluba əkiz qardaşını göndərib

Donald Kuper: Təbii fəlakətlərin sayı yüksələn xətlə artır

MEDİA onlayn media subyektləri üçün müsabiqə elan edib

Estetik cərrahiyyə və kosmetoloji fəaliyyət sahəsində qanun pozuntularına yol verənlər barəsində 14 icraat başlanılıb

“Oyaq gözəl” tamaşası yenidən Kukla Teatrının səhnəsində

Baş direktor: II ICESCO Nazirlər Konfransına ən effektiv təcrübələri müəyyənləşdirmək üçün toplaşmışıq

Fərdi yaşayış evində külli miqdarda aksiz markasız siqaret aşkar edilib

Fövqəladə Hallar Nazirliyi daha bir qanunsuz tikintinin qarşısını alıb VİDEO

Ulu Öndər Heydər Əliyevin xatirəsi Stokholmda anılıb

Şimali Makedoniyanın ilk qadın Prezidenti vəzifəsinin icrasına başlayıb

Qurban Yetirmişli: Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı yoxdur VİDEO

AQTA: Bir sıra qida məhsullarının istehsalı və ixracında rekord nəticələr əldə olunub

ATƏT Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasını dəstəkləyir

Bakıda “Caspian Agro” və “Interfood Azerbaijan” sərgiləri keçiriləcək VİDEO

Medianın İnkişafı Agentliyi çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib

Bakıda “İkiillik Şəffaflıq Hesabatının hazırlanması üzrə etimad quruculuğu və bacarıqların artırılması” adlı təlim-seminar keçirilir VİDEO

Jan-Pyer Günyüt: Heydər Əliyev böyük siyasətçi idi, o, dövrün nəbzini tuturdu

Heyvanların qeydiyyata alınması nə üçün zəruridir?

Lənkəranda baş vermiş zəlzələdən sonra bəzi evlərdə çatlar qeydə alınıb VİDEO

Türkiyə Prezidenti Yunanıstanı danışıqlarda səmimi olmağa çağırıb

III Bakı Elm Olimpiadasının final mərhələsinin tarixləri açıqlanıb

Tənzilə Narbayeva: Qarabağın işğaldan azad edilməsi Özbəkistanda da sevinclə qarşılanıb

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşları qəbul edəcək

® “STP Şirkətlər Qrupu”nun əməkdaşları sağlam həyat tərzini təbliğ edir!

Belqorodda binanın bir hissəsinin uçması nəticəsində 15 nəfər ölüb

Prezident İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib YENİLƏNƏCƏK VİDEO

Umayra Tağıyeva: Azərbaycanın iqlim dəyişikliyinə dair İkiillik Şəffaflıq Hesabatı COP29-dan əvvəl təqdim olunacaq

Azərbaycan hərbçilərinin iştirak etdiyi “Anadolu Ankası–2024” təlimində ekipaj üzvünün təxliyəsi icra olunub VİDEO