MƏDƏNİYYƏT
“İçərişəhər” Muzey Mərkəzinin nümayəndə heyəti Kazan şəhərindədir
Bakı, 26 dekabr, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzinin nümayəndə heyəti Tatarıstanın paytaxtı Kazanda səfərdədir.
İdarədən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova və Bakı Marionet Teatrının direktoru Tərlan Qorçu rəhbərlik edir.
Səfər çərçivəsində nümayəndə heyətinin Tatarıstan Respublikasının Mədəniyyət naziri İrada Ayupovayla, "Qədim-Tatar" yaşayış məntəqəsinin prefekti Robert Qaripovla, habelə “Kazan Kremli” Dövlət Tarix-Memarlıq və Rəssamlıq Muzey-Qoruğunun direktoru Zilya Valeevayla görüşləri olub. Görüş çərçivəsində qarşılıqlı anlaşma və əməkdaşlıq barədə memorandum imzalanıb, həmçinin birgə sərgilərin təşkili və treninqlərin keçirilməsinin məqsədyönlülüyü barədə müzakirələr aparılıb.
Nümayəndə heyəti İslam Mədəniyyəti Muzeyi, “Blaqoveşenskiy” Kilsəsinin Tarix Muzeyi, ümumilikdə Kazan Kremlinə ekskursiya edib.